Putin azərbaycanlı alimi təltif etdi

Vladimir Putin azərbaycanlı alim, geologiya-mineralogiya elmləri doktoru Vaqif Kərimovu təltif edib.

Sumqayıt.tv-nin APA-ya istinadən verdiyi məlumata görə, Putinin imzaladığı fərmanla Vaqif Yunus oğlu Kərimov Rusiya Federasiyasının “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

Qeyd edək ki, Vaqif Kərimov 1949-cu ildə Bakı şəhərində anadan olub. Geologiya və mineralogiya elmləri doktoru, professor olan alim geologiya, neft və qaz kəşfiyyatı sahəsində aparıcı mütəxəssislərdən biri hesab olunur və 50 ildən artıqdır ki, elmi-pedaqoji fəaliyyətlə məşğuldur.

O, karyerası ərzində Sovet İttifaqı və Rusiya universitetlərində müxtəlif rəhbər vəzifələrdə çalışıb. Alim 2009-2018-ci illərdə Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetində Neft və qaz kəşfiyyatının nəzəri əsasları kafedrasının müdiri olub.

2017-ci ildən bu günə qədər isə Moskvadakı Serqo Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetində Karbohidrogen yataqlarının geologiyası və kəşfiyyatı kafedrasına rəhbərlik edir.


23-03-2026, 22:47 45
Bu gün, 13:44
Bu gün, 13:17
Bu gün, 13:13
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
1 2 3 4 5 6 7 8 9 10 ... 1086