
Sumqayıt şəhərində xeyir-şər evlərinin fəaliyyətinə qadağa qoyulması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Sumqayıt.tv Teleqraf-a istinadən xəbər verir ki,Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki,son günlər bəzi informasiya resurslarında şəhər ərazisində fəaliyyət göstərən xeyir-şər evlərinin bağlanması ilə bağlı yayılan xəbərlər əsassızdır və bu istiqamətdə hər hansı tapşırıq verilməyib.
Açıqlamada qeyd olunub ki, şəhər ərazisində yerləşən xeyir-şər evlərində Azəriqaz İstehsalat Birliyi tərəfindən qaz təsərrüfatı ilə bağlı texniki yenilənmə işləri aparılıb. Bu çərçivədə qaz sayğacları dəyişdirilib, yeni müqavilələrin bağlanması prosesi həyata keçirilib.
Aparılan işlərlə əlaqədar qaz təchizatında müvəqqəti fasilə yarandığı bildirilib.
Qeyd olunub ki, hazırda hər hansı xeyir-şər evinin fəaliyyətinin dayandırılması ilə bağlı icra hakimiyyətinə sakinlərdən rəsmi müraciət daxil olmayıb. Belə müraciətlər daxil olacağı halda məsələ aidiyyəti qurumlarla birlikdə araşdırılacaq.
Rəsmi qurum bir daha vurğulayıb ki, sosial şəbəkələrdə yayılan məlumatlar əsassızdır
Dünən, 12:41
15