
Məlumata görə, Kimyaçılar qəsəbəsi, Xəzər bağları, 22-ci və 26-cı məhəllələr, həmçinin Təzə və Köhnə Kotec qəsəbələrini qazla təmin edən orta təzyiqli, PE-250 mm diametrli qaz kəmərində sızma qeydə alınıb.
Problemin aradan qaldırılması məqsədilə aparılacaq təmir işləri ilə əlaqədar martın 26-sı saat 10:00-dan etibarən ümumilikdə 14 min abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.
Bildirilib ki, təmir işləri başa çatdıqdan sonra qazın verilişi mərhələli şəkildə bərpa olunacaq.
Bundan əlavə, qeyd olunan müddət ərzində Sumqayıt bulvarı ərazisində yaşayan abonentlərin də qaz təchizatında müvəqqəti fasilə yaranacağı bildirilib.
Dünən, 22:55
11