Deputat Səbinə Salmanova: Aprel döyüşləri milli ruhun dirçəlişi və böyük Zəfərin başlanğıcıdır

 2016-cı ilin aprel döyüşlərinin müasir Azərbaycan hərb tarixində xüsusi yeri var. Bu döyüşlər Azərbaycan Ordusunun təkcə hərbi gücünü deyil, eyni zamanda peşəkarlığını, döyüş ruhunu və yüksək hazırlıq səviyyəsini bir daha nümayiş etdirdi. Qısa müddət ərzində əldə edilən uğurlar göstərdi ki, Azərbaycan Silahlı Qüvvələri qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirmək iqtidarındadır.

Bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Aprel döyüşləri zamanı həyata keçirilən uğurlu əməliyyatlar nəticəsində ermənilərin uzun illər ərzində qurduğu möhkəmləndirilmiş müdafiə xətti yarıldı:

“Ordumuz həm taktiki, həm də strateji baxımdan üstünlüyü ələ alaraq mühüm yüksəklikləri və əlverişli mövqeləri nəzarətə götürdü. Bu isə gələcək hərbi əməliyyatlar üçün mühüm baza rolunu oynadı və vəziyyətin Azərbaycanın xeyrinə dəyişməsinə səbəb oldu. Xüsusilə Lələtəpə yüksəkliyinin azad olunması bu döyüşlərin ən mühüm uğurlarından biri kimi tarixə düşdü. Bu strateji mövqenin geri qaytarılması nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi tam nəzarətimizə keçdi və illər sonra həmin əraziyə həyat qayıtdı. Ümumilikdə 2 min hektardan artıq ərazinin işğaldan azad edilməsi ordumuzun gücünün real göstəricisi olmaqla yanaşı, xalqımızın qələbə əzmini daha da gücləndirdi”.

S.Salmanova bildirib ki, Aprel döyüşlərinin ən önəmli nəticələrindən biri isə ermənilərin illər boyu formalaşdırmağa çalışdığı “məğlubedilməzlik” mifinin darmadağın edilməsi oldu:

“Həm canlı qüvvə, həm də hərbi texnika baxımından ciddi itkilər verən qarşı tərəf, Azərbaycan Ordusunun artan gücünü və döyüş qabiliyyətini açıq şəkildə gördü. Bu hadisə təkcə hərbi müstəvidə deyil, həm də psixoloji və informasiya müharibəsində mühüm üstünlük qazandırdı. Aprel döyüşləri bir daha sübut etdi ki, güclü dövlət, güclü ordu və milli birlik amili bir araya gəldikdə, qarşıya qoyulan strateji məqsədlərə nail olmaq mümkündür”.

Parlamentari qeyd edib ki, bu uğurların arxasında isə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli siyasəti, düşünülmüş hərbi strategiyası və güclü siyasi iradəsi dayanır:

“Onun rəhbərliyi ilə Azərbaycan Ordusu son illər ərzində keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub, ən müasir silah və texnika ilə təchiz edilib, döyüş hazırlığı daha da yüksəldilib. Aprel döyüşləri bu məqsədyönlü siyasətin ilk real nəticələrindən biri kimi tarixə düşdü. Hesab edirəm ki, Aprel döyüşləri Azərbaycan tarixində böyük Zəfərə aparan yolun başlanğıcı, milli ruhun dirçəlişi və dövlət gücünün təntənəsi kimi xüsusi əhəmiyyət daşıyır. Bu döyüşlər həm hərbi təcrübənin formalaşmasına, həm də əməliyyatların planlaşdırılması və icrası baxımından ciddi hazırlıq rolunu oynadı. Nəticə etibarilə, 2020-ci ildə Azərbaycan Ordusu qısa müddət ərzində işğal altında olan torpaqları azad edərək ölkənin ərazi bütövlüyünü təmin etdi və regionda yeni geosiyasi reallıq yaratdı. Müharibədən sonrakı dövr isə Azərbaycanın gücünü yeni müstəvidə – quruculuq və inkişaf sahəsində nümayiş etdirdi. Bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Həmin ərazilərdə həyat yenidən canlanır, insanlar yaşayır, işləyir, övladları təhsil alır. Bu isə təkcə fiziki bərpa deyil, həm də tarixi ədalətin bərpasıdır”. 


1-04-2026, 20:40 149

Digər xəbərlər

Azərbaycan Yəhudi Media Mərkəzi Azərbaycan xalqını 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyevdən 28 May paylaşımı

İzmir Azərbaycan Kültür ve Dayanışma Dərnəyi 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirib - VİDEO/FOTO

28 May – Bir millətin qüruru, bir dövlətin əbədi imzasi

Qurban Bayramı birlik, mərhəmət və paylaşma bayramıdır

Prezident Azər Tağıyevi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə hakim təyin etdi

Sumqayıtlı şagird buraxılış imtahanında maksimum nəticə göstərib

Yağışdan sonra Sumqayıtın bəzi küçələri gölməçəyə çevrilib - VİDEO

Paşinyan: “Sumqayıta dönüş məsələsi gündəmdə olmayacaq”

Uşaqlara sosial şəbəkə QADAĞASI gəlir – Mask hamını SİLKƏLƏDİ

Ferda Amin Sumqayıtda “Komedium” şousu ilə çıxış edəcək

Sumqayıt nümayəndə heyəti Çində keçirilən beynəlxalq konfransda iştirak edib - FOTO

Sumqayıtda məktəbin hasarı aşıb – güclü yağış fəsad törətdi - VİDEO

Müstəqillik Günü ilə bağlı deputatdan diqqətçəkən açıqlamalar

Sumqayıtda da filialı olan klinikanın rəhbərləri ilə bağlı məhkəmə işi gündəmdə

Sumqayıt Sənaye Parkına 16 milyon manatlıq yeni investisiya

Milli Məclisdə Sumqayıtla bağlı hakim təyinatı məsələsinə baxılır

“Sumqayıt” Saşa İliçlə yollarını ayırıb

Saakaşvilinin SON GÖRÜNTÜSÜ - Elə bir FOTO paylaşdı ki...

Sumqayıt da daxil olmaqla 3 şəhərdə əməliyyat: 40 kiloqram narkotik aşkarlanıb - VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1058
Bu gün, 10:45
Dünən, 23:48
Dünən, 23:19
Dünən, 21:37
Dünən, 06:40
Dünən, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
26-05-2026, 17:29
26-05-2026, 16:43
26-05-2026, 16:00
26-05-2026, 15:53
26-05-2026, 15:45
26-05-2026, 14:40
26-05-2026, 14:00
26-05-2026, 12:59
26-05-2026, 12:57
26-05-2026, 12:54
26-05-2026, 12:52
26-05-2026, 12:10
26-05-2026, 11:57
26-05-2026, 11:22
26-05-2026, 10:18
25-05-2026, 21:14
25-05-2026, 21:09
25-05-2026, 21:06
25-05-2026, 21:01
25-05-2026, 19:40
25-05-2026, 19:32
25-05-2026, 19:26
25-05-2026, 19:23
25-05-2026, 19:18
25-05-2026, 19:10
25-05-2026, 19:06
25-05-2026, 19:03
25-05-2026, 16:59
25-05-2026, 14:54
25-05-2026, 14:17
25-05-2026, 13:25
25-05-2026, 13:22
1 2 3 4 5 6 7 8 9 10 ... 1058