Bu ağacları kim və niyə məhv edib? – Sumqayıtda müəmmalı hadisə-VİDEO

 

Sumqayıt şəhərində yaşıllıqların məhv edilməsi ilə bağlı növbəti iddia gündəmə gəlib.

Sumqayit.tv xəbəb verir ki, tanınmış jurnalist Anar Xanlarovun paylaşdığı məlumata görə, şəhərin 45-ci məhəlləsində, “Əyri dom” kimi tanınan yaşayış binasının həyətində 40-50 illik iki şam ağacı kökündən çıxarılaraq yerə aşırılıb.

Bildirilib ki, hadisənin təbii səbəblərlə baş verməsi ehtimalı azdır. Çünki son günlər ərazidə güclü külək müşahidə olunmayıb. Videogörüntülərdə də ağacların qurumadığı açıq şəkildə görünür.

Məsələ ilə bağlı kim və ya kimlər tərəfindən, hansı məqsədlə bu addımın atıldığı sual doğurur. Qeyd olunur ki, belə ağacların bu vəziyyətə düşməsi uzun illər tələb edir və əgər bu hal insan müdaxiləsi nəticəsində baş veribsə, ciddi qanun pozuntusu hesab oluna bilər.

Jurnalist son dövrlər Sumqayıtda yaşıllıqların məhv edilməsi hallarının artdığını da vurğulayaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti və Baş Prokurorluğu məsələyə reaksiya verməyə çağırıb.
Məsələ ilə bağlı Sumqayıt Rayon İcra Hakimiyyətindən Oxu.Az-a bildirilib ki, son günlər müşahidə olunan intensiv yağıntılar nəticəsində torpaq qatının yumşalması nəticəsində bir neçə ünvanda, həmçinin 45-ci məhəllə ərazisində ağaclar aşıb.
Vurğulanıb ki, hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görülür.

VİDEO LİNK: (58)Sumqayıt şəhərində yaşıllıqların məhv edilməsi ilə bağlı növbəti iddia... | TikTok


2-04-2026, 09:50 23

Digər xəbərlər

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

Sumqayıtda dəm qazı faciəsi: Daha iki uşaq dövlət himayəsinə veriləcək

Sumqayıtda aprelin 19-da imtahan keçiriləcək

Sumqayıtda abituriyentlər üçün “Uğura doğru bir addım” tədbiri keçirildi-FOTOLAR

Sumqayıtda 125 nəfər metadon proqramı üzrə müalicə alır

Sumqayıtda karbamid istehsalı azalıb – rəsmi rəqəmlər açıqlandı

Sumqayıtda mağazadan oğurluq edən şəxslər saxlanıldı

Sumqayıt və Abşeronda I sinfə qəbul: bu məktəblərdə prioritet tətbiq olunacaq - FOTO

Sumqayıtda vətəndaş iddia edir: “Qaz sayğacımı qanunsuz söküb apardılar” - FOTO/VİDEO

Sumqayıtda 3 nəfəri qətlə yetirərək ömürlük həbs cəzası alan şəxslə bağlı QƏRAR

Azərbaycanda bu kanalların lisenziyası ləğv edildi

Macarıstana ona görə getdik ki… - Vens

Bakı və Sumqayıtda pensiyalar ödənildi

Sumqayıt “E-Şikayət” statistikasında: müraciətlərin 4,3%-i bu şəhərdəndir

Sumqayıtda qazılan yol təhlükəyə çevrildi – xəbərdarlıq nişanı yoxdur-FOTO/VİDEO

Sumqayıtda MİDA-nın 10 illik fəaliyyəti: minlərlə ailə güzəştli mənzillə təmin olunub

Sumqayıtdan Qubaya getdi, dörd dəfə boşanan kişi ilə qaçan bacısını öldürmək istəd

SON DƏQİQƏ: Sumqayıtda 4 avtomobil və avtobus toqquşdu-FOTO

Ehtiram Hüseynovun Xankəndidə konserti keçirildi – FOTO/VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1040
Bu gün, 01:23
Dünən, 21:10
Dünən, 20:29
Dünən, 19:28
Dünən, 18:35
Dünən, 12:59
Dünən, 12:56
Dünən, 09:55
Dünən, 09:51
Dünən, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
13-04-2026, 13:31
13-04-2026, 13:06
13-04-2026, 11:35
13-04-2026, 10:34
12-04-2026, 22:25
12-04-2026, 16:47
11-04-2026, 19:34
11-04-2026, 15:18
11-04-2026, 13:02
10-04-2026, 18:36
10-04-2026, 18:34
10-04-2026, 18:19
10-04-2026, 17:48
10-04-2026, 15:37
10-04-2026, 15:31
10-04-2026, 15:25
10-04-2026, 15:19
10-04-2026, 15:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1040