Sumqayıtda “düşən ulduzları” izləmək mümkün olacaq

Aprelin sonundan may ayının ortalarına qədər “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq.

Sumqayit.tv xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.

Bildirilib ki, meteor yağışının maksimum aktivliyi 5-6 may tarixlərinə təsadüf edəcək.

Qeyd olunub ki, meteorlar təxminən 66 km/saat sürətlə Yer atmosferinə daxil olur və yüksək sürət səbəbindən səma boyunca uzun, parlaq izlər buraxır. Dolça (Aquarius) bürcü istiqamətindən gəlirmiş kimi göründüyünə görə bu meteor yağışı “Eta Aquarid” adlandırılır.

Məlumata əsasən, Bakı şəhərindən meteor yağışının müşahidəsi mümkündür. Sumqayıt və paytaxt demək olar ki, eyni enlikdə yerləşdiyi üçün bu səma hadisəsini Sumqayıtda da izləmək mümkün olacaq.

Bununla yanaşı, şəhər işıqlandırması və hava şəraiti müşahidəyə müəyyən təsir göstərə bilər. Mütəxəssislər bildirirlər ki, daha qaranlıq ərazilərdə və əlverişli hava şəraitində səhərə yaxın saatlarda müşahidə aparmaq daha məqsədəuyğundur.

Qeyd edək ki, 02:16-dan 05:01-dək olan saatlarda səmanı izləməklə saatda 10-20 meteor görmək mümkündür.


Bu gün, 20:47 8

Digər xəbərlər

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Ruslan Tağıyevin “Bayatı-Şiraz” dəstgahı kitabının təqdimat mərasimi keçirilib-FOTOLAR+VİDEO

Sumqayıtda “düşən ulduzları” izləmək mümkün olacaq

Sumqayıtlı məktəbli dünyanın nüfuzlu universitetinə qəbul olundu - FOTO

Sumqayıtda tikinti iddiasına rəsmi münasibət – İcra Hakimiyyəti açıqlama verdi - VİDEO

Yüz minlərlə evin gecikən “kupça”sı – tək çıxış YOLU

Dənizkənarı kirayə bazarı bahalaşır – Sumqayıt alternativ kimi ön plana çıxır

Sumqayıtda illərdir baxımsız qalan küçələr – sakinlər problemin həllini istəyir - FOTO/VİDEO

Sumqayıtda sakinlər yoldakı problemə görə kömək istəyirlər - FOTO

Abbas Əraqçi Pakistana gedir: Vaşinqtonla kritik görüşün detalları sızdı

Sumqayıt məktəbliləri buraxılış imtahanında maksimum nəticə göstəriblər - FOTO

Qobustanda torpaq çökdü – 1 nəfər xilas edildi, 1 nəfər həlak oldu - VİDEO

Əli Əsədov fərdi istilik sistemləri ilə bağlı yeni qaydaları təsdiqlədi

Kür çayı ilə bağlı ŞOK - 10 il əvvəlki fəlakət təkrarlana bilər

İran raket taktikasını DƏYİŞDİ: Yeraltı bazalarda təhlükəli əməliyyat - FOTOLAR

AZAL-dan Naxçıvan reysləri ilə bağlı sərnişinlərə çağırış

Qadınları pul müqabilində görüşdürən şəxs həbs olundu – Sumqayıtda da fəaliyyət göstərib

Sumqayıtda sakinlər 20 illik yol probleminə görə kömək istəyirlər - FOTO

Zakir Fərəcov Sumqayıtda növbəti səyyar qəbul keçirdi - FOTOLAR

Türk milyarderin satdığı 73 illik zavod BAĞLANDI

Sumqayıtda sakinlərdən tikinti şikayəti: “Evimiz çatlayıb” – qarşı tərəf iddiaları rədd edir

1 2 3 4 5 6 7 8 9 10 ... 1044
Bu gün, 23:12
Bu gün, 20:47
Bu gün, 14:41
Dünən, 17:08
Dünən, 09:26
24-04-2026, 20:45
24-04-2026, 19:00
24-04-2026, 16:46
24-04-2026, 16:39
24-04-2026, 16:34
24-04-2026, 16:02
24-04-2026, 15:54
24-04-2026, 15:38
24-04-2026, 15:36
24-04-2026, 15:33
24-04-2026, 15:11
24-04-2026, 14:42
24-04-2026, 14:16
23-04-2026, 21:21
23-04-2026, 19:28
23-04-2026, 19:18
23-04-2026, 16:26
23-04-2026, 16:17
23-04-2026, 12:26
23-04-2026, 12:18
23-04-2026, 11:56
23-04-2026, 11:46
23-04-2026, 09:53
23-04-2026, 09:46
23-04-2026, 09:19
22-04-2026, 22:36
22-04-2026, 22:32
22-04-2026, 19:38
22-04-2026, 19:25
22-04-2026, 19:11
22-04-2026, 17:59
22-04-2026, 16:39
22-04-2026, 16:27
22-04-2026, 16:23
22-04-2026, 15:17
1 2 3 4 5 6 7 8 9 10 ... 1044