Sumqayıtda sakinlərin yaşadığı ərazi yenidən su altında qaldı – “Prezidentə məktub yazmışam” - VİDEO

 

Sumqayıt şəhəri Yaşıl dərə yaşayış massivində yaşayan sakinlər növbəti dəfə yağış sularının yaratdığı problemlə üz-üzə qalıblar.

Sumqayit.tv-yə müraciət edən sakin bildirib ki, hər dəfə yağıntılı hava şəraiti zamanı yaşadığı ərazi və evi su altında qalır.

Söhbət şəhərin Yaşıl dərə massivi, Hafiz Baxış küçəsi, ev 108 ünvanından gedir.

Sakinin sözlərinə görə, ərazidə kanalizasiya sisteminin olmaması vəziyyəti daha da ağırlaşdırır:

“Artıq hər cüzi yağış yağanda belə bizim yaşadığımız ərazi, o cümlədən mənim evim sulara təslim olur. Kanalizasiya sisteminin olmaması həqiqətən vəziyyəti çıxılmaz edir. İndi də sel suları ərazini basıb. Hətta avtomobilimin dövlət nömrə nişanı belə suya qərq olub. Prezidentə də məktub yazmışam”, – deyə sakin bildirib.

Göndərilən görüntülərdə küçə və həyət ərazilərində ciddi su yığılması müşahidə olunur. Yağış sularının yaşayış məntəqəsinə dolması sakinlərin gündəlik həyatında ciddi çətinliklər yaradıb.

Vətəndaş aidiyyəti qurumlardan problemin həlli istiqamətində tədbir görülməsini xahiş edir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Bu gün, 11:12 63
Bu gün, 15:34
Bu gün, 15:17
Bu gün, 15:01
Bu gün, 13:14
Bu gün, 11:51
Bu gün, 11:12
Bu gün, 10:47
Bu gün, 01:02
Dünən, 11:44
Dünən, 10:54
16-05-2026, 20:48
16-05-2026, 20:46
16-05-2026, 20:43
16-05-2026, 10:07
16-05-2026, 09:58
16-05-2026, 09:03
16-05-2026, 08:00
15-05-2026, 23:53
15-05-2026, 19:04
15-05-2026, 17:18
15-05-2026, 16:54
15-05-2026, 16:00
15-05-2026, 13:55
15-05-2026, 12:56
15-05-2026, 12:12
15-05-2026, 12:06
15-05-2026, 08:34
14-05-2026, 21:54
14-05-2026, 21:10
14-05-2026, 14:17
14-05-2026, 10:08
14-05-2026, 09:59
13-05-2026, 19:59
13-05-2026, 16:53
13-05-2026, 16:20
13-05-2026, 16:03
13-05-2026, 15:19
13-05-2026, 15:10
13-05-2026, 15:05
13-05-2026, 14:56
1 2 3 4 5 6 7 8 9 10 ... 1053