
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin Sumqayıt şəhər sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Sumqayit.tv xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.
Bildirilib ki, mayın 21-də keçirilməsi planlaşdırılan qəbul yeni tarixə təyin olunub.
Məlumata görə, qəbul mayın 22-də saat 09:00-da Xızı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutacaq.
Qeyd edək ki, qəbulda Xızı, Abşeron, Zəngilan, Qubadlı rayonları və Sumqayıt şəhər sakinlərinin müraciətlərinə baxılması nəzərdə tutulur.
Bu gün, 13:14
15