
Sumqayıt Apellyasiya Məhkəməsinə yeni hakim təyin edilməsi məsələsi Milli Məclisin gündəliyinə daxil edilib.
Sumqayit.tv xəbər verir ki, məsələ parlamentin mayın 26-da keçiriləcək plenar iclasında müzakirə olunacaq.
Deputatlar Bilal Mahir oğlu Məmmədovun Sumqayıt Apellyasiya Məhkəməsinə hakim təyin olunmasına baxacaqlar.
Qeyd edək ki, Bilal Məmmədov 1999-2003-cü illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr, 2003-2005-ci illərdə isə magistr təhsili alıb.
O, əmək fəaliyyətinə Şəki Ağır Cinayətlər Məhkəməsində başlayıb. Bilal Məmmədov 2023-cü ilin dekabr ayında Bakı Hərbi Məhkəməsinə ezam olunub.
Bu gün, 14:19
10