Xocalıda “Böyük Kayıdış”a kölgə salanlar: Zahid Təhməzov kimdən və niyə gizlənir? - VİDEO

Xocalıda "Böyük Qayıdış"a kimlər kölgə salır?

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən "Böyük Qayıdış" proqramı xalqımızın otuz illik yurd həsrətinə son qoyan, dövlətimizin ən qürurverici və strateji layihələrindən biridir. 

Azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işləri hər bir azərbaycanlını qürurlandırır. Lakin təəssüf ki, dövlətin bu xeyirxah, şəffaf və müqəddəs siyasətinə yerlərdə kölgə salmağa çalışan, özbaşınalıqla məşğul olan bəzi işbazlar hələ də tapılmaqdadır.
Goldmedia.az müraciət edən Xocalı rayonu, Xanyurdu kəndi, ev 5849-zun sakini, keçmiş məcburi köçkün Tağıyeva Reyhan Hümbət qızının fəryadı məhz bu acınacaqlı reallığı ortaya qoyur.
Yeni ev, köhnə erməni dəmiri və daman tavanlar!
Vətəndaşın müraciətindən bəlli olur ki, ona Xocalıda təhvil verilən evin damına illər öncə ermənilər tərəfindən vurulmuş çürük və yırtıq dəmir dam olduğu kimi saxlanılıb və sakinə təhfil verilib. Yağan yağış suları birbaşa elektrik lampalarından evin içinə axır. Vətəndaş bildirir ki, bir evin bərpası üçün dövlət büdcəsindən ayrılan təxminən 70 000 manat vəsaitin ən yaxşı halda 20 000 manatını xərcləyirlər, qalan hissəsini isə mənimsənildiyini vurğulayır.Sakin bildirir ki, mənimsənilməsə onların evləri yararsız vəziyyətdə olmaz.


Prezidentdən reallığı gizlədərək yalnız bir neçə "nümunəvi" ev göstərən aidiyyəti şəxslər, arxa fonda qalan evlərin acınacaqlı vəziyyətini diqqətdən kənarda saxlayırlar.
Bu məsələdə ən çox sual doğuran məqam isə adıçəkilən rəsmi şəxslərin statusu və davranışıdır. Vətəndaş bildirir ki, Xocalıda Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı kimi təqdim olunan Zahid Təhməzov şəxsən evə baxış keçirib, vədlər verib, lakin faktiki olaraq heç bir addım atmayıb.
Daha acınacaqlısı odur ki, redaksiyamız tərəfindən şikayətlə bağlı dəfələrlə Zahid Təhməzova sorğu ünvanlansa da, qarşı tərəf suallardan qaçıb və heç bir rəsmi, yetərli açıqlama verməyib.


Buradan sual olunur: Zahid Təhməzov və tikintini aparan "Geno Group"un rəhbəri Qabil  Elçin adlı şəxslər kimdən və nəyi gizlədirlər?
Media sorğusuna cavab verməmək, əslində vətəndaşın iddialarının və korrupsiya şübhələrinin dolayısı ilə təsdiqi deyilmi?

 
Dövlət məmurunun və ya məsul şəxsin vəzifəsi vətəndaşın problemini həll etmək və cəmiyyət qarşısında hesabatlı olmaqdır, yoxsa problemləri ört-basdır edib sükuta qərq olmaq?


Qarabağda tikinti və təmir sahəsindəki bu cür özbaşınalıqlar sadəcə bir evin yox, ümumi qayıdış prosesinin nüfuzuna zərbə vurur. Vətəndaş Reyhan Tağıyeva haqlı olaraq jurnalistləri Xocalıya – real mənzərəni ifşa etməyə dəvət edir.
Goldmedia.az olaraq bildiririk ki, dövlətin milyardlarla vəsait ayırdığı layihələrdə 50000 manatlıq "fərq" yaratmaqla vətəndaşı çürük tavan altında qoyanların əməli hüquqi qiymətini almalıdır. Aidiyyəti dövlət qurumlarının, xüsusən də hüquq-mühafizə orqanlarının Xocalıdakı bu qaranlıq nöqtələrə işıq salacağına və Zahid Təhməzov kimi "səssiz" məmurların danışdırılacağına inanırıq. Məsələ redaksiyamızın diqqətindədir.

Goldmedia.az vətəndaşın Azərbaycan Respublikası Prezidenti Zati-aliləri cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehirban xanım Əliyevaya müraciətini təqdim edirik:

 


Dünən, 23:04 9

Digər xəbərlər

Şirvan şəhər sakinləri: “Rəhbərliyin biganəlikdən bezmişik” - VİDEO

Xocalıda “Böyük Kayıdış”a kölgə salanlar: Zahid Təhməzov kimdən və niyə gizlənir? - VİDEO

Pakistanın ali hərbi nümayəndəsi Tehranda regional sülhə aparan yolları möhkəmləndirir

II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib – Sumqayıtda da imtahan təşkil olunub

Sumqayıtda avtobus sürücüsü ilə taksi sürücüsü arasında gərginlik yaşanıb

SDU-da vətəndaş qəbulu keçirilib

Hər bir sakin xidmətlərə orta hesabla 500 manatdan çox xərcləyib

“Sumqayıt”ın futbolçuları milliyə çağırılıb

Uqandada yeni Ebola yoluxmaları qeydə alınıb

Sumqayıtda qanunsuz tikili sökülüb

WUF13 ÇƏRÇIVƏSINDƏ “Münaqişədən sonrakı dövrdə regionda yaşıl icma iştirakçılığı və şəhərsalmanın inkişafında qadınların rolu: Qarabağ nümunəsi” mövzusu müzakirə olundu

Sumqayıtda ağırtonnajlı maşınların hərəkəti yolda çökmələr yaradır – sakinlər narahatdır - VİDEO

Paşinyan Sumqayıtla bağlı açıqlama verib

Mehdiabad qəsəbəsində qaz təchizatı dayandırılacaq

Sumqayıt Apellyasiya Məhkəməsinə yeni hakim təyin olunacaq

WUF 13: Azərbaycanın Mükəmməllik Modeli və Gələcəyin Şəhər Vizyonu - NƏSİMİ ƏBİLOV

Sumqayıtda ictimai nəqliyyatda nəzarət tədbirləri davam etdirilir

Bilgəh–Novxanı–Pirşağı–Sumqayıt yolu ilə bağlı yeni açıqlama verildi

Azərbaycanda yeni “yaşıl dəhlizlər” yaradılacaq – şəhərlərlə bağlı yeni yanaşma

Sumqayıt Dövlət Universiteti beynəlxalq “Urban Expo” sərgisində təmsil olunur

1 2 3 4 5 6 7 8 9 10 ... 1056
Dünən, 23:07
Dünən, 23:04
Dünən, 21:36
Dünən, 14:23
23-05-2026, 21:22
23-05-2026, 19:42
23-05-2026, 17:43
23-05-2026, 17:36
23-05-2026, 17:33
23-05-2026, 13:03
22-05-2026, 20:36
22-05-2026, 19:18
22-05-2026, 17:26
22-05-2026, 17:21
22-05-2026, 14:19
22-05-2026, 11:08
22-05-2026, 11:01
21-05-2026, 19:04
21-05-2026, 18:54
21-05-2026, 16:58
21-05-2026, 16:52
21-05-2026, 14:23
21-05-2026, 13:30
21-05-2026, 12:02
21-05-2026, 11:22
21-05-2026, 11:19
21-05-2026, 10:48
21-05-2026, 10:37
20-05-2026, 21:51
20-05-2026, 21:00
20-05-2026, 20:41
20-05-2026, 20:00
20-05-2026, 16:52
20-05-2026, 16:42
20-05-2026, 16:03
20-05-2026, 15:28
20-05-2026, 15:25
20-05-2026, 14:43
20-05-2026, 11:14
20-05-2026, 10:48
1 2 3 4 5 6 7 8 9 10 ... 1056