Satıcı və istehlakçıların maskadan istifadəsinə nəzarət gücləndirilib


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarlıq subyektlərində sanitar-gigiyena və karantin rejiminin tələblərinə əməl olunması istiqamətində monitorinqləri davam etdirir. 

Sumqayit.tv xəbər verir ki, Monitorinqlər zamanı satıcıların və istehlakçıların qoruyucu maskadan istifadə etməsi və sosial məsafənin gözlənilməsi, sahibkarlıq subyektləri və onların vəzifəli şəxsləri tərəfindən işçilərin tibbi maska ilə təmin olunması ilə bağlı qoyulan tələblərə əməl edilməsi vəziyyəti yoxlanılır.
Bu günədək 10.480 ticarət obyektində monitorinqlər aparılıb və 1.404 halda pozuntulara yol verildiyi aşkar olunub. Monitorinqlər zamanı 351 nəfərin obyektlərə qoruyucu maskasız daxil olduğu, 1.053 halda isə ticarət obyektlərinin işçilərinin maskadan istifadə etmədiyi müəyyənləşdirilib. Mövcud tələblərə əməl edilməməsi halları inzibati xəta kimi qiymətləndirilərək, İnzibati Xətalar Məcəlləsinə əsasən, qaydaları pozan sahibkarlıq subyektlərinə cərimələr tətbiq olunub.
İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, karantin dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə - vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər isə 600 manat məbləğində cərimə edilir. Bir il ərzində bu pozuntunun təkrar yol verilməsinə görə vəzifəli şəxslər 600 manat məbləğində, hüquqi şəxslər isə 1200 manat məbləğində cərimə edilir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bir daha sahibkarların nəzərinə çatdırır ki, karantin qaydalarına tam əməl edilməli, işçilər qoruyucu maska ilə təmin olunmalı, vətəndaşların ticarət obyektlərinə maskasız daxil olmasına yol verilməməli, maskası olmayan şəxslərə girişdə maska təqdim edilməlidir. Sahibkarlıq subyektləri həmçinin təsərrüfat obyektlərinin ərazisindəki müştərilər arasında sosial məsafənin qorunmasına, o cümlədən kassaların qarşısındakı insanlar arasında 1,5-2 metrlik ara məsafəsinə əməl olunmasına ciddi nəzarət etməlidirlər.
Ticarət obyektlərində monitorinqlər mütəmadi qaydada davam etdiriləcək.

3-11-2021, 11:25 155

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041