Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.Sumqayit.tv xəbər verir ki, Agentliyin fitosanitar müfəttişləri tərəfindən Sumqayıt regional bölməsinin inzibati ərazi vahidinə daxil olan Qobustan rayonu ərazisində yerləşən nar bağlarında monitorinqlər keçirilib. Monitorinq zamanı nar bağlarında ağaclara düzgün aqrotexniki qulluq qaydaları, bitki mühafizəsi və karantini tədbirləri haqqında bağ sahiblərinə zəruri göstərişlər verilib. Eyni zamanda müayinələrin aparılması üçün məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.