İntizam komissiyasından Cavanşir Feyziyevlə bağlı AÇIQLAMA



"Deputatların fəaliyyəti ilə bağlı  sosial şəbəkələrdə müxtəlif informasiyalar gündəliyə gəlir". 

Bunu açıqlamasında  Milli Məclisin İntizam komissiyasının sədr müavini, deputat Fəzail Ağamalı deyib.
Sədr müavini bildirib ki, bu informasiyaların dəqiqliyini müəyyənləşdirmək üçün müvafiq qurumlar var:
"Əgər ciddi xarakter daşıyırsa, o araşdırılır və müvafiq addımlar atılır. Cavanşir Feyziyevlə bağlı deyilən bu fikirlərin nə dərəcədə həqiqət olub-olmadığı bizə bəlli deyil. Nəzərə alsaq ki, o məsələ gündəliyə gələndə Cavanşir Feyziyevə yaxın olan adamlardan biri bunun adi prosedur qaydası olduğunu önə çəkdi, hər hansı bir problemin olmadığını diqqətə çatdırdı. Ona görə də sosial şəbəkələrdə Milli Məclisin deputatı haqqında gedən bu məlumatları Milli Məclisin İntizam komissiyasında qaldırmaq məsələsi qanunvericiliyə uyğun deyil. Bunun üçün gərək rəsmi şəkildə Milli Məclisin rəhbərliyinə müraciət oluna. Müraciət olnduqdan sonra parlamentin rəhbərliyi bu məsələni araşdırırlar və qərar qəbul edirlər. Ya onu  İntizam komissiyasına göndərirlər, ya da həqiqəti əks etdirmədiyinə görə kənara qoyulur. Ona görə də Cavanşir Feyziyev haqqında gedən bu məlumatlarla bağlı İntizam komissiyasına hər hansı məlumat daxil olmadığına görə, onun müzakirəsi mümkün deyil".
Xatırladaq ki, Böyük Britaniyada Milli Məclisin deputatı Cavanşir Feyziyevin ailə üzvlərinin 15 milyon funt sterliq (20,5 milyon dollar - 35 milyon AZN) yatırılan hesabları nəzarətə götürülüb. 
Bu barədə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi beynəlxalq təşkilatının (OCCRP) yaydığı məlumatda bildirilir. Qeyd olunur ki, bu vəsaitin üzərinə həbs qoyulması ilə bağlı Britaniya Milli Cinayət Agentliyi vəsatət qaldırıb. Şübhəli pullar Cavanşir Feyziyevin həyat yoldaşı Pərvanə Feyziyevanın (7,86 milyon f.s.), oğlu Orxan Cavanşirin (6,4 milyon f.s.) və yaxın qohumu Elman Cavanşirin adına olan bank hesablarındadır.
Məqalədə qeyd edilir ki, C.Feyziyev yaradığı iki dərman kompaniyasına Azərbaycan Laundarmartından 138 milyon dollar pul alıb.


4-11-2021, 13:28 196

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041