Tələbələr arasında ilk dəfə “EdTech Startap” müsabiqəsi keçiriləcək


Təhsil Nazirliyi və “Edumedia” şirkətinin təşkilatçılığı ilə cari ilin noyabr-dekabr aylarında tələbələr arasında  EdTech Startap” müsabiqəsi keçiriləcək.
 

Sumqayit.tv xıbır verir ki, Müsabiqənin keçirilməsi tələbələrin İKT və rəqəmsal təhsil sahələrinə olan marağının artırılması, təhsil sahəsində mövcud problemlər üzrə innovativ həll yollarının araşdırılması məqsədi daşıyır.
 
Müsabiqədə Azərbaycanın bütün ali təhsil müəssisələri üzrə bakalavr, magistratura və doktorantura təhsili alan tələbələr iştirak edə bilərlər. Tələbələr komanda şəklində təhsil sahəsində mövcud olan bir problem seçib, verilən müddət ərzində onun həllini təmin edən layihə üzərində işləyəcəklər.
 
Müsabiqə iki mərhələdən ibarətdir. Hər iki mərhələnin sonunda keçiriləcək qiymətləndirmədən sonra üç qalib komanda elan olunacaq.
 
İlk mərhələdə tələbələr müəyyən mövzuda araşdırma edib öz layihə təklifini hazırlayacaq və onu qısa bir videoda təqdim edəcəklər. İlkin mərhələ bitdikdən və komandaların videoları qəbul olunduqdan sonra münsif heyəti həmin işlər arasında 10 ən yaxşı layihəni seçəcək.
 
İlkin mərhələdən keçən 10 komanda finala vəsiqə qazanacaq. Həmin komandalar onlar üçün təyin olunacaq mentorla işləmək şansını qazanacaqlar və final tədbirinədək öz layihələrini təkmilləşdirə biləcəklər.
 
Final tədbirində komandalar öz layihələrini əyani şəkildə münsif heyətinə təqdim edəcəklər. Münsif heyətinin qiymətləndirməsindən sonra qaliblər elan olunacaq. Qaliblərə öz startap ideyalarını reallaşdırmaq üçün pul mükafatı təqdim olunacaq.
 
“EdTech” müsabiqəsi haqqında daha ətraflı məlumat almaq üçün http://edtechstartup.az/ internet səhifəsinə müraciət etmək mümkündür.

4-11-2021, 16:08 287

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041