Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.Sumqayit.tv xəbər
verir ki, Agentliyin fitosanitar müfəttişləri tərəfindən Şamaxı regional bölməsinin inzibati ərazi vahidinə daxil olan İsmayıllı rayonunun, Qalıncaq kəndində yerləşən alma bağlarında həyata keçirilən monitorinqlər zamanı ağaclarda dəmgil xəstəliyinə sirayətlənmə faktları aşkar edilib.
Monitorinq zamanı alma bağlarında həyata keçirilməsi zəruri olan aqrotexniki qulluq qaydaları, bitki mühafizəsi və karantini tədbirləri haqqında bağ sahiblərinə metodiki göstərişlər verilib.