Azərbaycanda ilk dəfə “Uşaq hüquqları” hakatonu keçirilib


Noyabrın 21-də Azərbaycanda ilk dəfə keçirilən “Uşaq hüquqları” hakatonunun final mərhələsi və qaliblərin mükafatlandırılması mərasimi təşkil edilib.
 

Sumqayit.tv xəbər verir ki, "Uşaq hüquqları” hakatonu Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), BMT-nin Uşaq Fondu (UNICEF) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə baş tutub.
 
20 noyabr - Ümumdünya Uşaqlar Gününə həsr olunmuş və iki gün davam edən hakatonda paytaxt və regionları təmsil edən 10-16 yaş arası məktəblilər iştirak ediblər. 18 komandanın qatıldığı müsabiqədə uşaqlar təhsil, sağlamlıq, zorakılıqdan müdafiə, ailədə yaşamaq və tərbiyə almaq hüquqlarının təşviqi və müdafiəsinin təmin edilməsi ilə bağlı problemlərin innovativ həllinə dair ideyalarını təqdim ediblər.
 
İştirakçılar tərəfindən təqdim olunan 18 layihə münsiflər tərəfindən qiymətləndirilib və ilk üç yerin qalibləri müəyyən edilib.
 
Hakatonun sonunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Bahar Muradova, təhsil nazirinin müavini Muxtar Məmmədov, BMT-nin Uşaq Fondunun Azərbaycan Nümayəndəliyinin rəhbərinin müavini Min Yuan hakaton iştirakçılarını və qalibləri təbrik edərək hədiyyə və sertifikatları təqdim ediblər.
 
Çıxış zamanı bu günlərdə Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunun keçirildiyini diqqətə çatdıran Bahar Muradova qeyd edib ki, ölkəmizdə uşaq hüquqları qorunur və müdafiə edilir. Yeniliyin, innovasiyanın əhəmiyyətindən danışan komitə sədri hər zaman onların maraqlı təkliflərini dinləməyə hazır olduqlarını diqqətə çatdırıb.
 
Çıxış edən təhsil nazirinin müavini Muxtar Məmmədov müsabiqə qaliblərini təbrik edərək bildirib ki, uşaqlar bu tədbir vasitəsilə komanda şəklində çalışmağı, tədqiqat aparmağı öyrənirlər. Muxtar Məmmədov uşaqların bu yarışda öyrəndiklərinin onlara gələcəkdə daha böyük uğurlara imza atmağa imkan verəcəyinə və karyera qurmalarında yardımçı olacağına əminliyini ifadə edib. Nazir müavini bu qəbildən olan yarış və müsabiqələrdə iştirak etməyin uşaqların inkişafı və yeniliklərə açıq olması baxımından əhəmiyyətindən də danışıb. Təhsil nazirinin müavini belə tədbirlərin regionlarda da təşkilinin nəzərdə tutulduğunu qeyd edib.
 
UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbərinin müavini Min Yuan da öz növbəsində diqqətə çatdırıb ki, bu tədbir ölkədə uşaq hüquqlarının yüksək səviyyədə qorunduğunun təsdiqidir.  
 
Qeyd edək ki, hakatonun məqsədi uşaq hüquqları ilə bağlı maarifləndirməni həyata keçirmək, bu sahədə mövcud problemlərin innovativ yollarla həllini təşviq etmək, həmçinin hakaton iştirakçılarına komandada işləyərək son texnologiya və yenilikləri sınaqdan keçirmək imkanı yaratmaqdır.

23-11-2021, 10:44 181

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041