Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib




Noyabrın 23-də Azərbaycan-Fransız Universitetinin akt zalında (UFAZ) Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib.

Sumqayit.tv xəbər verir ki, Təhsil nazirinin müavini Firudin Qurbanov ilk dəfə 2019-cu ildə nazirlik yanında İctimai Şuranın  yaradıldığını qeyd edib. Sözügedən Şuranın iki illik fəaliyyətindən danışan nazir müavini yeni tərkibdə formalaşacaq Şuraya da ümidlərin böyük olduğunu vurğulayıb. Firudin Qurbanov qeyd edib ki, təhsil sahəsində dövlət siyasətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması, nazirliyin təhsil məsələlərinə dair vacib hüquqi aktlarının ictimai müzakirəyə çıxarılması, nazirlik tərəfindən qərarlar qəbul edilərkən ictimai rəyin nəzərə alınması mexanizminin təkmilləşdirilməsi və nazirliyin fəaliyyətinin əsas istiqamətləri barədə ictimaiyyətin məlumatlandırılması Şuranın əsas vəzifələri sırasındadır.

Firudin Qurbanov çıxışının sonunda qurumun təhsilin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirib və hər bir namizədə uğurlar arzulayıb.

 Təhsil nazirinin müşaviri Elnur Nəsibov da öz növbəsində İctimai Şuranın yaradılması istiqamətində nazirlik tərəfindən indiyədək görülən işlər barədə məlumat verib. Elnur Nəsibov bildirib ki, 1-28 oktyabr 2021-ci il tarixlərində İctimai Şuraya üzvlük üçün ümumilikdə 47 elektron müraciət daxil olub, onlardan 16 namizədin sənədləri elanın tələb və qaydalarına uyğun olduğu üçün müraciətinə müsbət rəy verilərək qeydiyyata alınıb. Həmçinin, sənəd qəbulu prosesi ərzində seçici kimi qeydiyyata alınmaq üçün ümumilikdə 167 müraciət daxil olub. Müraciət edən 60 vətəndaş cəmiyyəti institutu təmsilçilərinin sənədləri müvafiq tələblərə uyğun olduğu üçün müraciətlərə müsbət rəy verilərək qeydə alınıb.

Çıxış edən təhsil nazirinin müşaviri Simuzər Feyzullayeva seçiciləri seçkilərin keçirilməsi və səsvermə prosesinin qaydaları ilə tanış edib. 

Daha sonra səsvermə keçirilib.

Səsvermə nəticəsində seçicilərin yarısından çoxunun səslərini  toplayan 5 nəfər üzv seçilib. Boş qalan 4 yer üzrə təkrar seçkilərin keçirilməsi nəzərdə tutulur. Bildirək ki, Nazirlik yanında İctimai Şura üzvlərinin say həddi 9 nəfər müəyyən edilib.




























24-11-2021, 09:34 182

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041