Ermənilər sumqayıtlı olduğum üçün-VİDEO Müsahibə

Ermənilər bütün Sumqayıtın acığını məndən çıxırdılar idi - İşgəncənin izləri (VİDEO)
Həbib Kazımov Birinci Qarabağ Müharibəsinin iştirakçısı olub. 1992-ci ildə cəbhəyə yollanan Həbib Kazımov döyüşlərin birində yanında mərmi partlaması nəticəsində huşunu itirib.

Gözünü açdıqda erməni hərbçilərinin onu əsir götürdüyünü anlayıb. 1 il 18 ay ən ağlasığmaz işgəncələrə məruz qalıb. Həmin hadisələrdən artıq 29 il ötür. İlahi ədalət gec də olsa özünü göstərib. 44 günlük Vətən müharibəsi zamanı əsirlikdə Həbib Kazımova dəhşətli işgəncələr verən erməni terrorçuları bu gün Azərbaycan əsgərlərinin qəhrəmanlığı sayəsində Bakıda məhkəmə qarşısında cavab verirlər. Onlar işğal altında olmuş ərazilərdə azərbaycanlılara qarşı törədilmiş insanlıq əleyhinə cinayətlər və digər faktlara görə başladılmış cinayət işi üzrə mühakim edilirlər.
Xeberle.com xəbər verir ki, amansız işgəncələrə məruz qalan Həbib Kazımov azvision.az-a müsahibəsində ilk dəfə əsirlikdə yaşadığı günlərdən danışıb. O bildirib ki, Milli qəhrəman Əlyar Əliyevin batalyonunda döyüş yolu keçib:
- Bir çox istiqamətdə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə olmuşam. Ən son döyüş yerim Qubadlı rayonunun Əliquluuşağı kəndi olub. Bir ay yarım idi Əliquluuşağı kəndində döyüşürdük. Döyüşlərin birində ayağımın yanına mərmi düşdü. Huşumu itirdim. Məni döyərək ayıltdılar. Ayılanda gördüm ki, artıq ermənilərin əlindəyəm. Əsir düşəcəyim heç vaxt ağlıma gəlməzdi. Başıma gəldi. Hətta döyüşçü yoldaşlarımızla boynumuzdan asdığımız ehtiyat bir güllə saxlayırdıq. Amma artıq gec idi. Məni üç gün Xocavənddə saxladılar. Üç gün verilən işgəncələr sadəcə gələcək qara günlərimdəb xəbər verirmiş. Bu üç gün ərzində mənə dəfələrlə onlara "işləmək” təklif olundu. Amma dedim ki, öldürün məni. Daha sonra Şuşa türməsinə apardılar.

Həbib Kazımov 27 il keçməsinə baxmayaraq Şuşa türməsində üzləşdiyi işgəncələri unutmadığını bildirib:

- Əsirlik ölüm deməkdir. Amma Şuşa türməsi cəhənnəm idi. İlk gün Şuşada məni Qırmızı Xaç Cəmiyyətindən gizlətmək üçün türmənin zirzəmisinə salmışdılar. Amma əsir qardaşlarımızdan Sərdar adlı biri Qırmızı Xaçın nümayəndəsinə gizli şəkildə zirzəmidə bir əsirin olmasını xəbər vermişdi. Ondan sonra məni türmədə digər əsirlərin olduğu kameraya apardılar. Haradan olduğumu soruşdular, dedim ki Sumqayıtdanam. Üstündən heç 15 dəqiqə keçməmişdi, Bakı ermənisi Slavik, türmənin rəisi və üç-dörd nəfər gəlib "Sumqayıt, çölə çıx" dedilər. Ürəyimdə kəlmeyi-şəhadətimi deyərək çıxdım. Bildim ki, ölümə gedirəm. Məni o qədər döydülər ki, huşumu itirdim. Ayılanda yenicə özümə gəlmişdim ki, yenə başladılar döyməyə. Məhz Sumqayıtdan olduğuma görə, məni görən gözləri yox idi. Gələn günə qədər adımı "Sumqayıt” çağırdılar. Bütün Sumqayıtın acığını məndən çıxırdılar.

Həbib Kazımov məhkəmə prosesi zamanı baş verən üzləşməni ilahi ədalətin təntənəsi sayır:

- Zala daxil olarkən adını "Loxa” olaraq bildiyim Lüdviqi gördüm. Üstündən illər keçsə də, qocalsa da, onu dərhal tanıdım. Axı necə unuda bilərdim onu? Gözlərinə baxdım və dedim ki tanıdın məni? Mənəm də "Sumqayıt”. Gözlərini aşağı saldı. Dedim ki, o vaxt sənə nə demişdim? Demişdim ki, hamınız cavab verəcəksiniz. Görürsən, indi mənim qabağımda əsirsən. Demişdin ki, "Sumqayıt” sənin türmədən meyitin çıxacaq. İndi buradayam. Məni bura Allah gətirdi ki, qabağımda cavab verəsən. Hələ o biriləri qalıb. "Qor”, "Jirik”, Slavik, Andranik. Hamısı cavab verəcək. Dedim ki, "qruzin”i xatırlayırsan? "Qruzin” erməni idi. Hamımıza işgəncə vermişdi. Hətta gözümün içinə baxa-baxa Allahı təhqir edirdi. Rus əsilli Maks adında biri də azərbaycanlı əsirə vəhşicəsinə işgəncə vermişdi. Bir neçə gündən sonra bizim əsgərlər onu alnının ortasından vurub öldürdülər. Düzdür, bizdən onun öldürülməsinin də acığını çıxdılar. Amma bu işgəncənin ağrılarını hiss etmədik.



28-06-2021, 17:45 421

Digər xəbərlər

677.2 balla Tibb Universitetinə qəbul olan Davıdov Uğur – Məktəbimizin fəxri - FOTO

Sabah "Sumqayıt" – "Şamaxı"nı qəbul edəcək

Bu gün Sumqayıtın 600 abonenti qazsız qalacaq

SDU yeni tədris ilinə rektor əvəzi ilə başlayır

Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın xarici siyasətində balanslı və çoxşaxəli yanaşmanı nümayiş etdirir

Xalqına sədaqətlə xidmət edən ailə - FOTO

Sumqayıtda çörək sexində yanğın söndürüldü - Foto

Sumqayıtda velosiped idmanına dəstək layihəsi

Sumqayıt teatrında iz qoymuş sənətkarın doğum günüdür

Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına MÜSAHİBƏSİ –TAM MƏTN

Bu universitetlər tələbələri rektorsuz qarşılayacaq - Siyahı

Sumqayıtda dağıdıcı zəlzələ gözlənilir? - Qurban Yetirmişlidən açıqlama

Elnarə Akimova: "Mədəniyyətimizin və tarixi irsimizin qoruyucusunun dünyaya gəldiyi gündür"

Bu ilin ən yaşlı tələbəsi ali təhsilini Sumqayt Dövlət Universitetində oxuyacaq

Ekspert: Sumqayıtda da mənzillərin qiyməti bahalaşa bilər

Avtomobilinə boşanma elanını yazdı, sosial şəbəkələrdə gündəm oldu - FOTO

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Sumqayıt sakinləri diqqətli olsun – Müdafiə Nazirliyindən xəbərdarlıq

Sumqayıtda 90 min manatlıq avtobus dələduzluğu işi məhkəmədə barışıqla bitdi

Sumqayıt-Horadiz marşrutu üzrə müsabiqənin qalibi müəyyənləşdi

1 2 3 4 5 6 7 8 9 10 ... 962
Bu gün, 13:11
Bu gün, 12:59
Bu gün, 12:33
Bu gün, 10:24
Dünən, 17:12
Dünən, 16:29
Dünən, 16:08
Dünən, 14:50
Dünən, 14:42
Dünən, 13:43
Dünən, 13:22
Dünən, 12:02
26-08-2025, 14:43
26-08-2025, 13:28
26-08-2025, 13:20
26-08-2025, 11:38
26-08-2025, 11:28
25-08-2025, 18:26
25-08-2025, 16:49
25-08-2025, 16:45
25-08-2025, 15:35
25-08-2025, 12:57
25-08-2025, 11:59
25-08-2025, 10:35
24-08-2025, 14:49
23-08-2025, 23:59
23-08-2025, 15:44
22-08-2025, 20:00
22-08-2025, 14:21
22-08-2025, 12:32
22-08-2025, 12:28
22-08-2025, 12:05
21-08-2025, 19:57
21-08-2025, 17:42
21-08-2025, 17:34
21-08-2025, 15:28
21-08-2025, 13:08
21-08-2025, 10:16
21-08-2025, 00:04
20-08-2025, 20:34
1 2 3 4 5 6 7 8 9 10 ... 962