Şagirdlərə narkotiklərin zərərləri haqda məlumat verilib


Kürdəmir RPŞ-nin təşkilatçılığı ilə T.İsmayılov adına şəhər 1 saylı tam orta məktəbdə “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda görüş keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin və Təhsil şöbəsinin nümayəndələri, polis şöbəsinin əməkdaşları, eləcə də məktəbin pedaqoji kollektivi və yuxarı sinif şagirdləri iştirak ediblər.


Görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Arzu Rzayev gənclərin sağlam gələcəkləri üçün real təhlükə törədən narkotiklərin səbəb olduğu faciələrdən söhbət açıb. Rəis bildirib ki, artıq ümumbəşəri bəlaya çevrilmiş “ağ ölüm” kimi tanınan narkotik maddələr bir çox ölkələrdə yeniyetmə və gənclərin həyatlarında sağalmaz izlər buraxır, onları fiziki və psixoloji cəhətdən özünün təsiri altına salır. Lakin, digər ölkələrdən fərqli olaraq müstəqil dövlətimizdə bu maddələrin yayılmasının qarşısının alınması istiqamətində qabaqlayıcı bütün zəruri tədbirlər həyata keçirilərək, əhatəsinin genişlənməməsi üçün qətiyyətli addımlar atılır. Məktəblilərə tövsiyə olunub ki, qarşılaşa biləcəkləri bu cür bəlalardan hər zaman kənar gəzsinlər, ölkəmizin savadlı, sağlam və xoşbəxt vətəndaşı kimi yaşasınlar.
Daha sonra çıxış edənlər keçirilən tədbirin mahiyyətini bir daha qeyd edərək, bu cür görüşlərin gənclərin həyatında böyük rol oynadığını və bu tədbirlər sayəsində gənclərin məktəbli vaxtlarından narkotiklərin zərərləri barəsində daha geniş məlumatlı olduqlarını qeyd ediblər.
Tədbirin sonunda narkotiklərin zərərli təsiri ilə bağlı videoçarx nümayiş etdirilib və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.









1-12-2021, 16:37 234

Digər xəbərlər

Bu gün Azərbaycanda hava dəyişkəndir – yağış və külək gözlənilir

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 08:00
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
1 2 3 4 5 6 7 8 9 10 ... 1041