Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Hüseynov Şahin Şəmsəddin oğlu məzuniyyətdə olarkən bədbəxt hadisə nəticəsində (qayadan yıxılaraq) həlak olub.Bu haqda
Sumqayit.tv-yə Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, hadisə ilə bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.