Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bazarstore mağazalar şəbəkəsinin birgə təşkilatçılığı ilə 6 dekabr 2021-ci il tarixində “Gənclik Bazarstore”un qarşısında tut tinglərinin paylanması aksiyası davam etdirilib.
Tədbir zamanı Nazirliyin tinglik sahələrində yetişdirilən və Abşeron yarımadasının iqliminə xarakterik olan tut tingləri alıcılara hədiyyə edilib.
Qeyd edək ki, aksiyalar Bakıda və bölgələrdə növbəti günlərdə də davam etdiriləcək.