FERMERLƏRƏ MÜRACİƏT: SUBSİDİYA ALMAQ ÜÇÜN MÜRACİƏT MÜDDƏTİ YEKUNLAŞIR


Subsidiya almaq istəyən fermerlər öz əkinlərini dekabrın 30-dək EKTİS-də bəyan etməlidir - BÖLGƏLƏRDƏ MƏLUMATLANDIRMA SESSİYALARI DAVAM EDİR.

Sumqayit.tv xəbər verir ki, Fermerlərin öz payızlıq əkinlərini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etməsi prosesi dekabrın 30-da başa çatır. Bəyan prosesinin sürətləndirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bölgələrdə məlumatlandırma sessiyaları keçirilir. Sessiyalar zamanı aqrar sahəyə dövlət dəstəyi mexanizmləri geniş izah olunur, fermerlərin bu mexanizmlərdən yararlanmaq imkanları barədə məlumat verilir. Bu məqsədlə növbəti tədbir Şəki, Oğuz və Qəbələ rayonlarında keçirilib.   
Tədbirlərdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev bildirib ki, payızlıq arpa və buğda səpininin optimal müddətdə başa çatdırılması biçin mövsümündə bol məhsulun olacağını söyləməyə əsas verir. Ölkənin əsas taxılçılıq rayonlarında olan Şəkidə, eləcə də əkin dövriyyəsində payızlıq əkinlərin payı böyük olan Oğuz və Qəbələ rayonlarında səpin prosesi yekunlaşmaq üzrədir. Ötən il bu üç rayonda ümumilikdə 100 min hektardan çox taxıl əkilib və biçin dövründə sahələdən bol məhsul götürülüb. Ölkədə taxılçılığın inkişafına dövlət tərəfindən daim dəstək verilir və ən böyük dəstək mexanizmi taxıl əkinlərinin subsidiyalaşdırılmasıdır.
Aqrar Subsidiya Şurasının qərarına görə, 2022-ci ildə arpa və buğda sahəsinin hər hektarına görə 210 manat əkin subsidiyası veriləcək ki, bu da fermerin əkinə çəkdiyi istehsal xərclərinin önəmli hissəsini qarşılayır. Səpini başa çatdırmış fermerlər subsidiya almaq üçün öz əkinlərini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etməli, 5 hektardan artıq sahəsi olan fermerlər torpağın aqrokimyəvi analizinin nəticələrini şəxsi kabinetə yükləməli, 10 hektardan artıq sahəsi olan fermerlər isə əlavə olaraq sahələrini sığortalamalıdır. Sığorta xərclərinin tam yarısı dövlət tərəfindən ödənilir.
Qeyd olunub ki, fermerlər öz sahələrindən nümunələri analiz üçün Abşeron, Şamaxı, Göygöl, Sabirabad, Quba, Tovuz, Şəki, Lənkəran, Salyan, Ucar və Bərdə rayonlarında fəaliyyət göstərən aqrokimya laboratoriyalarına təqdim edə bilərlər. Ən müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalar Dövlət Aqrar İnkişaf Mərkəzlərinin binalarında yerləşir. Analiz paketinə pH, elektrik keçiricilik, ümumi azot, mənimsənilən fosfor və mübadiləvi kalium göstəriciləri daxildir.
Fermerlərə subsidiyaların ödənilməsi reqlamenti barədə məlumat verilib. Bildirilib ki, əkin məlumatlarını son müddəti gözləmədən EKTİS-də bəyan etmək monitorinq prosesini daha tez yekunlaşdırmağa və fermerlərə ilin əvvəlində subsidiya ödəməyə imkan verir. Bəyanların tez edilməsi həmçinin fermerlərə daxil etdiyi məlumatlarda vaxtında düzəliş etmək imkanı yaradır. Bu səbəbdən fermerlər əkin məlumatlarını və zəruri sənədləri son müddəti gözləmədən bəyan etməklə subsidiyanı ilin əvvəlində almaq və “Fermer kartı”ndakı vəsaiti yaz dövründə yemləmə gübrəsi, pestisid və digər aqrar istehsal vasitələri almağa sərf etmək imkanı qazanırlar. 
Görüşlərdə EKTİS-də şəxsi kabinetin aktivləşdirilməsi, məlumatların sistemə daxil edilmə ardıcıllığı, torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlər, bəyan prosesində fermerlərə texniki köməklik göstərilməsi üçün təşkil olunan səyyar xidmətlər və digər məsələlər barədə iştirakçıların sualları ətraflı cavablandırılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb.
FERMERLƏRƏ MÜRACİƏT: SUBSİDİYA ALMAQ ÜÇÜN MÜRACİƏT MÜDDƏTİ YEKUNLAŞIR FERMERLƏRƏ MÜRACİƏT: SUBSİDİYA ALMAQ ÜÇÜN MÜRACİƏT MÜDDƏTİ YEKUNLAŞIR FERMERLƏRƏ MÜRACİƏT: SUBSİDİYA ALMAQ ÜÇÜN MÜRACİƏT MÜDDƏTİ YEKUNLAŞIR FERMERLƏRƏ MÜRACİƏT: SUBSİDİYA ALMAQ ÜÇÜN MÜRACİƏT MÜDDƏTİ YEKUNLAŞIR FERMERLƏRƏ MÜRACİƏT: SUBSİDİYA ALMAQ ÜÇÜN MÜRACİƏT MÜDDƏTİ YEKUNLAŞIR FERMERLƏRƏ MÜRACİƏT: SUBSİDİYA ALMAQ ÜÇÜN MÜRACİƏT MÜDDƏTİ YEKUNLAŞIR FERMERLƏRƏ MÜRACİƏT: SUBSİDİYA ALMAQ ÜÇÜN MÜRACİƏT MÜDDƏTİ YEKUNLAŞIR FERMERLƏRƏ MÜRACİƏT: SUBSİDİYA ALMAQ ÜÇÜN MÜRACİƏT MÜDDƏTİ YEKUNLAŞIR FERMERLƏRƏ MÜRACİƏT: SUBSİDİYA ALMAQ ÜÇÜN MÜRACİƏT MÜDDƏTİ YEKUNLAŞIR FERMERLƏRƏ MÜRACİƏT: SUBSİDİYA ALMAQ ÜÇÜN MÜRACİƏT MÜDDƏTİ YEKUNLAŞIR FERMERLƏRƏ MÜRACİƏT: SUBSİDİYA ALMAQ ÜÇÜN MÜRACİƏT MÜDDƏTİ YEKUNLAŞIR FERMERLƏRƏ MÜRACİƏT: SUBSİDİYA ALMAQ ÜÇÜN MÜRACİƏT MÜDDƏTİ YEKUNLAŞIR FERMERLƏRƏ MÜRACİƏT: SUBSİDİYA ALMAQ ÜÇÜN MÜRACİƏT MÜDDƏTİ YEKUNLAŞIR FERMERLƏRƏ MÜRACİƏT: SUBSİDİYA ALMAQ ÜÇÜN MÜRACİƏT MÜDDƏTİ YEKUNLAŞIR FERMERLƏRƏ MÜRACİƏT: SUBSİDİYA ALMAQ ÜÇÜN MÜRACİƏT MÜDDƏTİ YEKUNLAŞIR FERMERLƏRƏ MÜRACİƏT: SUBSİDİYA ALMAQ ÜÇÜN MÜRACİƏT MÜDDƏTİ YEKUNLAŞIR

7-12-2021, 11:52 169

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041