Qaxda istehsal edilmiş tut ipəkqurdu toxumu qışlama üçün saxlamaya qoyulub


“Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilən tədbirlər davam etdirilir. Tədbirlər Planına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən qabaqcıl beynəlxalq təcrübələr nəzərə alınmaqla ipəkçiliyin müasir infrastrukturunun yaradılması, baramaçılıqla məşğul olan təsərrüfat subyektlərinin hibrid tut ipəkqurdu toxumu ilə təminatında yerli istehsalın payının tədricən artırılması istiqamətində davamlı fəaliyyətlər həyata keçirilməkdədir.

Sumqayit.tv xəbər verir ki, Cari mövsümdə Qax Damazlıq İpəkçilik Stansiyasında istehsal edilmiş superelit, elit və hibrid tut ipəkqurdu toxumunun partiyalar üzrə çəkisini müəyyən etmək, həmçinin hər bir partiyada dirilmə faizini və xəstəlikləri təyin etmək üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müvafiq komissiya yaradılıb. Bu məqsədlə komissiya üzvlərinin iştirakı ilə Stansiyada istehsal edilmiş tut ipəkqurdu toxumundan nümunələr götürülüb, paketlənərək möhürlənib.
Ümumilikdə 34 kq tut ipəkqurdu toxumu qışlama üçün soyuducuya qoyulub. 2022-ci ilin mart ayında həmin nümunələr inkubasiya kamerasında dirildilərək toxumun dirilmə faizi müəyyən ediləcək və xəstəliklərin müayinəsi üçün mikroskop analizindən keçiriləcək, həmçinin müayinə zamanı xəstəliklər aşkar olunmuş partiyalar çıxdaş ediləcək.
Beləliklə, komissiyasının müvafiq rəyindən sonra növbəti mövsümdə kümçülərimiz sağlam, keyfiyyətli və xəstəliklərdən azad hibrid tut ipəkqurdu toxumları ilə təmin ediləcəklər.
Qax Damazlıq İpəkçilik Stansiyasında istehsal edilmiş tut ipəkqurdu toxumu qışlama üçün saxlamaya qoyulub Qax Damazlıq İpəkçilik Stansiyasında istehsal edilmiş tut ipəkqurdu toxumu qışlama üçün saxlamaya qoyulub

7-12-2021, 13:56 216

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041