“Azərbaycan “Slou Fud” turizm modelinin inkişafı üçün geniş imkanlara malikdir"


Sumqayit.tv xəbər verir ki,  Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid aqro və qastro turizm üzrə “Slou Fud” layihəsinin başa çatmasına həsr olunmuş tədbirdə çıxış edərkən qeyd edib. Dekabrın 9-da Şəkidə baş tutan tədbirdə “Slou Fud” turizm modelinin əsas prinsipləri, qastronomik turizmin təşviqi, yerli biomüxtəlifliyin qorunması və kənd icmalarının formalaşdırılması baxımından “COVCHEG” layihəsinin əhəmiyyəti haqqında məlumat verilib.

3 il davam edən “Azərbaycanda Böyük Qafqaz Dağları Ərazisində İcma Əsaslı Dəyər Zəncirinin Genişləndirilməsi" (COVCHEG) layihəsinin yekununa dair keçirilən tədbirdə Dövlət Turizm Agentliyinin, Azərbaycan Turizm Bürosunun, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbər şəxsləri, eləcə də Şamaxı, İsmayıllı, Qəbələ, Şəki və Qaxdan olan “Slou Fud” icmalarının nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə layihənin Azərbaycan üçün iki vacib sahə sayılan turizm və kənd təsərrüfatını birləşdirdiyini və regionlarda aqroturizmin inkişafına töhfə verdiyini, yerli adət-ənənələr, milli mədəni irs, yerli mədəniyyətlərin qorunması baxımından vacib olduğunu diqqətə çatdırıb.
Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid çıxışında Azərbaycanın “Slou Fud” sahəsində dünya miqyasında tanınması üçün gözəl təbiətə, əlverişli iqlimə və təbii yerli qida məhsullarına sahib olduğunu deyib. Baş icraçı direktor gələcəkdə layihənin Azərbaycanın digər ərazilərini də əhatə etməsinin istisna olmadığını bildirib.
“COVCHEG” layihəsinin Azərbaycanda kənd icmalarının iqtisadi inkişafına və məşğulluğun artmasına xidmət etdiyini deyən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Əməkdaşlıq Şöbəsinin Rəhbəri Viktor Bojkov bu modelin yerli qastronomiya və aqrobiomüxtəlifliyin qorunması baxımından uğurlu bir yanaşma olduğunu, qastronomik turizmi təşviq etdiyini vurğulayıb.
Tədbir çərçivəsində “Slou Fud” icmasının fəaliyyətini genişləndirmək məqsədilə Avropa İttifaqının Azərbaycan nümayəndəliyi tərəfindən 4 icma nümayəndəsinə xüsusi avadanlıqlar da təqdim edilib. Qeyd edək ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə yaradılan "COVCHEG" layihəsi Beynəlxalq Slou Fud Assosiasiyası və Azərbaycan Turizm Bürosu tərəfindən həyata keçirilib. Layihənin məqsədi kənd yerlərinin balanslı inkişafına dəstək olmaq, dayanıqlı qida sisteminə töhfə vermək, yerli və regional qida zəncirlərini, həmçinin Slou Fud Səyahət proqramı modellərini təbliğ etməkdir. Layihə Şəki-Zaqatala və Dağlıq-Şirvan iqtisadi regionuna daxil olan 5 rayonu – Şamaxı, İsmayıllı, Qəbələ, Şəki və Qaxı əhatə edib.
Məlumat üçün bildirək ki, “Slou Fud” dadlı, təmiz və sosial ədalətlilik prinsiplərinə əsaslanan daha sağlam qidalanmanı təmin edən, milli və regional mətbəxlərin ənənələrini qoruyub saxlayan bir yanaşmadır.

9-12-2021, 14:17 222

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041