“ECOserve” proqramı çərçivəsində təlimçilər üçün təlim təşkil edilib


“ECOserve” proqramı çərçivəsində “Zərərvericilərə qarşı inteqrir mübarizə üsulları: buğda, arpa, yonca və pambıq bitkiləri” mövzusu üzrə təlimçilər üçün təlim təşkil edilib.

Sumqayit.tv xəbər verir ki, təlimin əsas məqsədi zərərvericilərə qarşı mübarizə sahəsində çalışan əlaqədar hökumət və ictimai qurumların nümayəndələri və aqrar məsləhət xidmətçilərini zərərvericilərə qarşı mübarizə üsulları, pestisidlərin təsnifatı ilə tanış etmək, buğda, arpa, pambıq və yonca bitkilərinin xəstəlikləri, zərərvericiləri, alaq otları və onlara qarşı mübarizə metodları haqqında məlumatlandırmaq olub. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları, Elmi-tədqiqat institutlarının, Azərbaycan Dövlət Aqrar Universitetinin, Aqrar Xidmətlər Agentliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və digər müvafiq qurumların 26 nəfər mütəxəssisi iştirak edib. Təlim iştirakçılarının əldə etdiyi bilik və məlumatların layihənin növbəti mərhələsində fermerlərə çatdırılması nəzərdə tutulub.
Təlimi uğurla başa vuran iştirakçılara sertifikat təqdim edilib.
Qeyd edək ki, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ)  “Cənubi Qafqazda kəndlərin davamlı inkişafı üçün təbii sərvətlərin idarə edilməsi və ekosistem xidmətlərinin qorunması” (“ECOserve”) proqramı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıq çərçivəsində icra olunur. “ECOserve” regional proqramı Almaniya Federal Hökumətinin Cənubi Qafqazda prioritet sahələrindən biri olan təbii ehtiyatların qorunması və davamlı istifadəsinə yönəlib. Proqramın əhatə etdiyi sahələrə ekoloji siyasət dialoqu, təhsil və təlim, maarifləndirmə və pilot layihələrin icrası daxildir. Azərbaycanda “ECOserve” proqramı kənd təsərrüfatı torpaqlarının davamlı istifadəsi sistemlərinin tətbiqinə yönəlib.

13-12-2021, 12:09 151

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041