Region Gənc Müəllimlərinin I Şəbəkələşmə Forumu keçirilib


11 dekabr 2021-ci il tarixində Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) regionun gənc müəllimləri arasında davamlı əməkdaşlıq və şəbəkələşmənin təmin edilməsi üçün “Region gənc müəllimlərinin 1-ci şəbəkələşmə forumu” nu təşkil etdi.

Şəmkir rayon Kimya - biologiya təmayüllü liseydə baş tutan forumda Şəmkir Rayon Təhsil Şöbəsinin müdiri Qüdrət Əliyev, Gədəbəy Rayon Təhsil Şöbəsinin müdir əvəzi Eldar Qocayev, Ağstafa Rayon Təhsil Şöbəsinin aparıcı mütəxəssisi Əli Cəfəroğlu, Gəncə Şəhər Təhsil Şöbəsinin müdir müavini İqbal Kərimov, Daşkəsən Rayon Təhsil Şöbəsinin müdir müavini Rizvan Ələsgərov, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə,Azərbaycan Respublikasının Təhsil Nazirliyinin İnsan Resurslarından Tükəzban Quliyeva, Azərbaycan Respublikası Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən Ülvi İsmayılov, Günel Qasımova, Gəncə Şəhər Təhsil Şöbəsi metodkabinetin müdiri Fəzail Poladov, Tovuz Rayon Təhsil Şöbəsi metodkabinetin müdiri İbrahim Həsənov, "T-Network"un tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmov, 9 dil bilən poliqlot təlimçi Aslan Məmmədzadə, AGMA-nın regional koordinatorları həmçinin Şəmkir, Gəncə, Tovuz, Qazax, Ağstafa, Gədəbəy və Daşkəsən rayonlarında fəaliyyət göstərən 180-dən çox gənc müəllimlər iştirak edib.
Təhsil sahəsindəki aktual problemlərin həllinə bələdçilik edərək gənc müəllimlərin təlim ehtiyaclarını müəyyən edib bu istiqamətdə müxtəlif təlimlər keçən AGMA müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə forumda netvörkinq bacarığı, təqdimat bacarığı və natiqlik, valideynlərlə əməkdaşlıq, sinfin idarə olunması, çətin tərbiyə olunan şagirdlərlə iş mövzularında təlim təşkil edib.
Cəmiyyətin ən fədakar, cəfakeş, qayğıkeş, etibarlı dayağı olan istedadlı gənc müəllimlərin aşkara çıxarılmasını, müsbət müəllim imicinin formalaşmasını qarşısına məqsəd qoyan AGMA gənc müəllimlər arasında əməkdaşlığı, təcrübə mübadiləsini daha da inkişaf etdirərək gənc müəllimlərin fəallığını artıracaq, onların peşəkar və fərdi inkişaflarına öz töhfəsini verəcəkdir.
Forumun keçirilməsində bizə dəstək olan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, Şəmkir Rayon Təhsil Şöbəsinin və Kimya - biologiya təmayüllü liseyin rəhbərliyinə, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəmkir nümayəndəliyinə təşəkkür edirik!
Təlimin sonunda forumda iştirak edən müəllimlərə sertifikat verildi.
Media tərəfdaşımız Edumap.az təhsil portalıdır.

13-12-2021, 16:38 245

Digər xəbərlər

Deputat Elnarə Akimova seçicilərlə görüş keçirdi - FOTO

"Sumqayıt" klubu baş məşqçisi ilə əməkdaşlığı davam etdirəcək

Sumqayıt sənaye zonası Azərbaycanın qeyri-neft ixracının əsas mərkəzinə çevrilib

Prezident ŞƏT tədbirində çıxış etdi

Sumqayıtda məktəb yaxınlığında anti-sanitariya vəziyyəti – sakinlər narazıdır -FOTO

Sumqayıtın mərkəzində ağır tonnajlı maşın problemi – "Qarabağ" kinoteatrının qarşısı dayanacağa çevrilib - FOTO

Sumqayıtda 13 yaşlı uşaq boğulma nəticədə həyatını itirdi

Sumqayıtlı avtomobil həvəskarı klassik maşını ilə Bakı sərgisində - FOTO

Sumqayıtda dənizkənarı evlər kirayə mənzil proqramına daxil edildi

Sumqayıtlı cüdoçular U-14 Liqa yarışında 4 medal qazandılar - FOTO

Sumqayıtda torpaq hərracları keçiriləcək

Sumqayıtdan digər regionlara sərnişin daşınan avtobusların 45 %-i yenilənib

AFFA Sumqayıtda azyaşlı futbolsevərlərə dəstək oldu

Sumqayıt Kimya Sənaye Parkının rezidentləri 10 ildə 15 milyard manatlıq məhsul satıb

Şahmatdan tibbə: Uğurla dolu bir yol-FOTO

Qaz və işıq limiti ilə bağlı ÖNƏMLİ XƏBƏR - Yaxın aylarda..

Sumqayıtda evli kişi sevgilisinin keçmiş ərini döydü – MƏHKƏMƏ

Sumqayıt–Quba marşrutu üzrə yeni daşıyıcı müəyyən edilib

677.2 balla Tibb Universitetinə qəbul olan Davıdov Uğur – Məktəbimizin fəxri - FOTO

Sabah "Sumqayıt" – "Şamaxı"nı qəbul edəcək

1 2 3 4 5 6 7 8 9 10 ... 963
Bu gün, 15:22
Bu gün, 15:16
Bu gün, 15:13
Bu gün, 15:04
Bu gün, 10:28
Bu gün, 09:32
30-08-2025, 22:21
30-08-2025, 17:04
30-08-2025, 12:13
30-08-2025, 09:26
29-08-2025, 20:15
29-08-2025, 20:10
29-08-2025, 20:05
29-08-2025, 14:57
29-08-2025, 14:14
29-08-2025, 09:39
29-08-2025, 09:27
28-08-2025, 17:55
28-08-2025, 13:11
28-08-2025, 12:59
28-08-2025, 12:33
28-08-2025, 10:24
27-08-2025, 17:12
27-08-2025, 16:29
27-08-2025, 16:08
27-08-2025, 14:50
27-08-2025, 14:42
27-08-2025, 13:43
27-08-2025, 13:22
27-08-2025, 12:02
26-08-2025, 14:43
26-08-2025, 13:28
26-08-2025, 13:20
26-08-2025, 11:38
26-08-2025, 11:28
25-08-2025, 18:26
25-08-2025, 16:49
25-08-2025, 16:45
25-08-2025, 15:35
25-08-2025, 12:57
1 2 3 4 5 6 7 8 9 10 ... 963