Səyyar satış xidməti fermerlərin işini asanlaşdırıb


“Aqroservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən payızlıq əkin mövsümü ilə əlaqədar cari ilin sentyabr ayından etibarən rayon mərkəzlərindən uzaq məsafədə yerləşən kənd və qəsəbələrdə mineral gübrələrin səyyar satışı xidmətinə başlanılıb. Səhmdar Cəmiyyətin bütün regional nümayəndəlikləri və rayon bölmələrinin anbarlarından kənd təsərrüfatı məhsulları istehsalçılarının tələbatına uyğun olaraq mineral gübrələrlə tam təchiz edilmiş, fermerlərin sərfəli qiymətlərlə gübrələri əldə etməsinə şərait yaradılmışdır.

Sumqayit.tv xəbər verir ki, payız əkinləri üçün tələbata uyğun olaraq “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən respublikanın bütün regionlarını əhatə edən səyyar satış zamanı 300-ə yaxın kənd və qəsəbə üzrə səyyar xidmət təşkil edilib ki, belə səyyar xidmətlərdən 2000-ə yaxın fermer yararlanıb. Səyyar satış zamanı fermerlər ammofos, kükürdlü ammofos, ammonium-nitrat, ammonium-sulfat, kalium-sulfat, karbamid və nitroammofoska kimi mineral gübrələri əldə ediblər.
Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısının alınması, həmçinin vətəndaşlara Səhmdar Cəmiyyətin xidmətlərinə əlçatanlığının, yaxınlığının təmin edilərək vətəndaş məmnuniyyətinə nail olmaqdır. Səyyar satış vasitəsilə vətəndaşların mineral gübrələri asanlıqla əldə etməsi əkinə cəlb edilən bütün torpaqlarda gübrələrdən istifadə edilməsinə şərait yaradır ki, bu da məhsuldarlığın artmasına öz müsbət təsirini göstərir.
Fermerlər əkin mövsümündə mineral gübrələrin alışında sərf etdikləri məsrəfə qənaət etmək üçün səyyar satış xidmətlərini Səhmdar Cəmiyyətin 1659 satış mərkəzinə müraciət edərək də sifariş ediblər. Sifarişlərə əsasən səyyar xidmətlər kənd və qəsəbələrdə təşkil edilmiş, bir sıra hallarda isə birbaşa fermerlərin ünvanına çatdırılıb.
Səyyar satış zamanı fermerlər yeni subsidiya qaydalarına əsasən heç bir əlavə sənəd təqdim etmədən, yalnız “Fermer kartı”nı təqdim etməklə mineral gübrə əldə edirlər. Yeni qaydalara əsasən mineral gübrənin dəyərinin 100%-i də fermer kartından ödənilir, fermer əlavə ödəniş etmir.
Növbəti aylarda “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən mövsümə uyğun yemləmə gübrələrinin də səyyar xidmətlərlə satışı təşkil ediləcəkdir. 
Mineral gübrələrin səyyar satış xidməti fermerlərin işini asanlaşdırıb Mineral gübrələrin səyyar satış xidməti fermerlərin işini asanlaşdırıb Mineral gübrələrin səyyar satış xidməti fermerlərin işini asanlaşdırıb Mineral gübrələrin səyyar satış xidməti fermerlərin işini asanlaşdırıb Mineral gübrələrin səyyar satış xidməti fermerlərin işini asanlaşdırıb Mineral gübrələrin səyyar satış xidməti fermerlərin işini asanlaşdırıb Mineral gübrələrin səyyar satış xidməti fermerlərin işini asanlaşdırıb Mineral gübrələrin səyyar satış xidməti fermerlərin işini asanlaşdırıb

15-12-2021, 11:01 212

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041