Qəbələ və Bursa peşə təhsili sahəsində əməkdaşlıq edəcək


Türkiyə nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə baş çəkiblər.
 
Səfər çərçivəsində Türkiyə və Azərbaycan arasında peşə təhsili sahəsində  əməkdaşlığın inkişafı istiqamətində Bursa Şəhid Erol Olçok adına Texniki Anadolu Peşə Liseyi ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Razılaşmaya əsasən, peşə təhsili pilləsində tədris verən müəllimlərin qarşılıqlı mübadiləsi, təcrübə səfərlərinin həyata keçirilməsi və digər birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.


Sumqayit.tv xəbər verir ki, qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirə edildiyi tədbirdə çıxış edənlər peşə təhsilinin inkişafının ölkə iqtisadiyyatı üçün əhəmiyyətini vurğulayıblar. Tərəflər əldə olunan razılaşmanın uğurlu təcrübə mübadiləsinin təmin olunmasında, dövrün tələblərinə cavab verən və əmək bazarına uyğun mütəxəssislərin hazırlanmasında faydalı olacağını qeyd ediblər. Vurğulanıb ki, bu sahədə əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi hər iki ölkənin təhsil səviyyəsinə müsbət töhfə verəcək.
 
İmzalanma mərasiminin sonunda xatirə hədiyyələri qarşılıqlı şəkildə təqdim edilib.
 
Daha sonra Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub. Təqdimat zamanı qonaqlar mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olub.
 
Qeyd edək ki, 12 dekabr tarixindən etibarən Türkiyənin Bursa şəhərində yerləşən 4 peşə təhsil müəssisəsini və Bursa Təhsil İdarəsini təmsil edən nümayəndə heyəti ölkəmizdə səfərdədir. Səfərin məqsədi iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlıq perspektivlərinin genişləndirilməsi, qardaşlıq sazişlərinin imzalanması, təhsilalanlar və pedaqoji heyət üçün təcrübə mübadilələrinin təşkili, həmçinin tədris proseslərinin səmərəliliyinin artırılmasıdır.

15-12-2021, 13:04 212

Digər xəbərlər

Bu gün Azərbaycanda hava dəyişkəndir – yağış və külək gözlənilir

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 08:00
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
1 2 3 4 5 6 7 8 9 10 ... 1041