Aliment ödəmədiyi üçün axtarışa verilən şəxslərin sayı açıqlanıb.Sumqayit.tv xəbər verir ki, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin Analitik-nəzarət şöbəsinin aparıcı məsləhətçisi Kəmalə Əhmədova "Aliment və digər borc tələblərinə dair qərarların icrası” mövzusunda feysbukda keçirilən canlı yayımda bildirib ki, ilk yarım il üçün təxminən 3 mindən çox şəxs axtarışa verilib.