Sumqayıt "ASAN xidmət” mərkəzinin qarşısında ting paylama aksiyası keçiriləcək.Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Dekabrın 21-də saat 11-də "Bir ağac-min nəfəs” devizi altında keçiriləcək aksiyada vətəndaşlara ağac tingləri hədiyyə ediləcək, onlara ağacların əkilməsi və qulluq göstərilməsi qaydalarına dair məlumatlar veriləcək.
Aksiyanı keçirməkdə məqsəd ölkədə yaşıllıqların artırılmasıdır.