İnnovasiya festivalının növbəti təqdimatı keçirilib


Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən İnnovasiya festivalının növbəti təqdimatı Lənkəran şəhərində keçirilib.

Sumqayit.tv xəbər verir ki, festivalda yem konteyneri, aqrodron, press bağlayan, çəltik əkən və çəltik biçən qurğuların, raps, maralfalfa, kinoa, amarant yem bitkilərinin, yerli və xarici çəltik sortlarının, yemlik paxla və soya nümunələrinin, feremonlu tələlərin və soxulcan gübrəsinin təqdimatı keçirilib.
Festivalda “Aqroservis” ASC tərəfindən də aqrar sahədə istifadə olunan müasir innovativ texnikalar - 4 cərgəli KUBOTA SPV-48C çəltik ştili əkən, Runyuan 4/GK DELTA 100 çəltikbiçən, Paksan Superyunus ot, küləş presləyən avadanlıqlar nümayiş olunub. Səhmdar Cəmiyyətin əməkdaşları tərəfindən sərgi iştirakçılarına bu texnikalar haqqında ətraflı məlumat verilib.
Festival zamanı iştirakçılara nümayişi keçirilən yem bitkilərinin tərkibi, protein-qidalılıq dəyəri, həmçinin kənd təsərrüfatı əhəmiyyətli innovativ avadanlıqların səmərəliliyi barədə geniş  məlumatlar təqdim edilib. Heyvanların qida rasionuna bu cür yem bitkilərinin daxil edilməsi yüksək məhsuldarlığa, həm də heyvanların sağlamlığına  təsir göstərməklə yanaşı fermerlər tərəfindən çəkilən maya dəyərinin aşağı düşməsinə səbəb olacağı bildirilib. Həmçinin bu yem bitkilərinin respublikamızda əkininin aparılması və yetişdirilməsinin heyvandarlıqda yem bazasının təminatına töhfə verə biləcəyi bildirilib.
Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə son 2 ay ərzində Abşeron, Gəncə, Füzuli, Şəki şəhər  və rayonlarında silsilə tədbirlər həyata keçirilib. Sözügedən tədbirlər zamanı kənd təsərrüfatı məhsul istehsalçılarına alternativ yem bitkiləri, mobil yaşıl yem istehsalı konteyneri, bitki zərərvericilərinə qarşı yeni bioloji mübarizə vasitələri, biogübrə-kompostun torpağın münbitliyinin artırılmasındakı üstünlükləri, aqrorobotlar və dərman çiləyici dron kimi bir sıra innovativ avadanlıqların əyani şəkildə nümayişi keçirilib.
Qeyd edək ki, Mərkəz tərəfindən ölkəmizin müxtəlif bölgələrində mərhələli şəkildə həyata keçirilən bu festivallarda ümumilikdə 500 nəfərdən artıq fermer iştirak edib.
Aqrar innovasiyaların təbliği və təşviqi məqsədilə keçirilən bu kimi festivallara kənd təsərrüfatı məhsul istehsalçılarının yüksək maraq göstərməsi səbəbi ilə bu tipli tədbirlərin növbəti ildə də keçirilməsi planlaşdırılır.
İnnovasiya festivalının növbəti təqdimatı keçirilib İnnovasiya festivalının növbəti təqdimatı keçirilib İnnovasiya festivalının növbəti təqdimatı keçirilib İnnovasiya festivalının növbəti təqdimatı keçirilib İnnovasiya festivalının növbəti təqdimatı keçirilib İnnovasiya festivalının növbəti təqdimatı keçirilib İnnovasiya festivalının növbəti təqdimatı keçirilib İnnovasiya festivalının növbəti təqdimatı keçirilib İnnovasiya festivalının növbəti təqdimatı keçirilib İnnovasiya festivalının növbəti təqdimatı keçirilib İnnovasiya festivalının növbəti təqdimatı keçirilib İnnovasiya festivalının növbəti təqdimatı keçirilib İnnovasiya festivalının növbəti təqdimatı keçirilib



20-12-2021, 16:55 232

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041