12-21 dekabr 2021-ci il tarixlərində Birləşmiş Ərəb Əmirliklərində Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası (2020-2021) keçirilib.
Sumqayit.tv xəbər verir ki, Olimpiada MCQ (test), nəzəri və laboratoriya mərhələsindən ibarət olub. Test və nəzəriyyə mərhələləri Heydər Əliyev adına Müasir Təhsil Kompleksində, laboratoriya mərhələsi isə Azərbaycan-Fransız Universitetində onlayn formatda baş tutub.
59 ölkədən 354 şagirdin iştirak etdiyi olimpiadada məktəblilərimiz uğurlu nəticə əldə ediblər. Komandamız 1 gümüş və 3 bürünc medal olmaqla, ümumilikdə 4 medal qazanıb. Belə ki, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin X sinif şagirdi Nigar Yaqublu gümüş medala, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Dərya Namazova, nazirliyin tabeliyindəki Kimya-biologiya təmayüllü liseyin X sinif şagirdi Sara Əhmədzadə və Akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi Daniil Yarkovoy isə bürünc medala layiq görülüblər.
Məktəblilərimizi təbrik edir və daha böyük uğurlar arzulayırıq!