“XXI əsrdə gənclərin bacarıqlarına yeni baxış” mövzusunda tədbir keçirilib


Dekabrın 22-də UNICEF-in 75 illik yubileyi münasibətilə Təhsil Nazirliyi və UNICEF-in Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə “XXI əsrdə gənclərin bacarıqlarına yeni baxış” mövzusunda tədbir keçirilib.

 

Sumqayit.tvxəbər verir ki, tədbirdə təhsil naziri Emin Əmrullayev, UNİCEF-in Azərbaycan nümayəndəsi Aleks Haykens, Təhsil Nazirliyi, UNİCEF, Təhsil İnstitutu, Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları, şagirdlər və digər şəxslər iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan təhsil naziri Emin Əmrullayev Təhsil Nazirliyi ilə UNİCEF arasında əməkdaşlığa toxunub və təşkilatın ölkəmizdə gördüyü işlərin əhəmiyyətini vurğulayıb.  Emin Əmrullayev Təhsil Nazirliyi ilə UNİCEF-in pandemiya dövründə təhsil sahəsində birgə həyata keçirdiyi layihələrdən də danışıb.

 

“XXI əsrdə gənclərin bacarıqlarına yeni baxış” mövzusunda fikirlər səsləndirən təhsil naziri uzunmüddətli düşünmənin, gələcəyin yeni bacarıq və səriştələrini planlaşdırmağın çox əhəmiyyətli məsələ olduğunu deyib və əmək bazarının tələblərini nəzərə almağın vacibliyini bildirib.

 

UNİCEF-in Azərbaycan nümayəndəsi Aleks Haykens çıxışında qeyd edib ki, ötən onilliklər ərzində təşkilatın ölkəmizdə ən uğurlu və vacib tərəfdaşı Təhsil Nazirliyi olub. Qloballaşan dünyada baş verən iqlim dəyişikliyi, miqrasiya və digər məsələlərə də toxunan Aleks Haykens uğur yolunun bu kimi dəyişikliklərə hazır olmaqdan keçdiyini bildirib.

 

Aleks Haykens öz çıxışında pandemiyanın təhsil sahəsinə olan təsirlərini qeyd edib və XXI əsrin tələblərinə uyğun məzmun üzrə bilik və bacarıqların vacibliyini vurğulayıb.

 

Tədbirdə pandemiyanın təhsil sahəsinə təsirləri və təhsilin fasiləsizliyinin təmin olunması, uyğunlaşma qabiliyyəti və XXI əsrin çağırışları üçün lazım olan bacarıqlar mövzusunda panel müzakirəsi keçirilib. Panel müzakirədə məktəb, peşə təmayüllü siniflərin şagirdləri, SABAH qruplarının tələbələri və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının üzvləri iştirak edib. Panel müzakirəsində gənclərin bacarıqları ilə bağlı vəziyyət, COVID-19 pandemiyası zamanı və ondan sonrakı dövrdə iş imkanları, həmçinin gələcək əmək bazarının tələblərinə uyğun olan bacarıqların əldə olunması müzakirə edilib.


22-12-2021, 13:01 160

Digər xəbərlər

Bu gün Azərbaycanda hava dəyişkəndir – yağış və külək gözlənilir

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 08:00
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
1 2 3 4 5 6 7 8 9 10 ... 1041