Naxçıvan Dövlət Universitetində “Hərbi həkim” ixtisasının təqdimat mərasimi keçirilib




Mərasimdə Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev, Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin dekanı, dosent Elsevər Əsədov, Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının rəisi, tibb xidməti polkovniki Niyaməddin Seyidov çıxış edərək bildiriblər ki, 1999-cu ildə fəaliyyətə başlayan Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində 2021-2022-ci tədris ilindən “Hərbi həkim” ixtisasında təhsil alan tələbələrin təhsili üçün lazımi şərait yaradılıb və bu da muxtar respublikada ali təhsilli hərbi tibbi kadrların hazırlığı istiqamətində atılan mühüm addımdır. Naxçıvan Muxtar Respublikasında yerləşən birləşmə və hissələrin hərbi həkim heyəti ilə təmin edilməsində yeni yaradılan ixtisasın böyük əhəmiyyəti vardır.

Sumqayit.tv xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında”, “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” sərəncamlarından  irəli gələn vəzifələrin yerinə yetirilməsinə uyğun olaraq Naxçıvan Dövlət Universitetinin “Hərbi həkim” ixtisası Əlahiddə Ümumqoşun Ordunun hamiliyinə verilib. Yüksək ixtisaslı kadr hazırlığını təmin etmək məqsədilə Əlahiddə Ümumqoşun Ordunun hamiliyinə verilmiş “Hərbi həkim” ixtisasında təhsil alan tələbələr üçün yeni geyim dəstləri və nəqliyyat vasitəsi ayrılıb. Tələbələr Naxçıvan Qarnizonu Mərkəzi Hospitalında və səhra şəraitində açılmış səyyar tibb məntəqələrində praktiki məşğələlərə cəlb edilən zaman onlar üçün ayrılmış mikroavtobusdan istifadə edirlər. “Hərbi həkim” ixtisasının qazandırdığı üstünlüklərdən biri də tələbələrin Naxçıvan Qarnizonu Mərkəzi Hospitalında və digər hərbi tibb müəssisələrində praktiki olaraq biliklərini artırmaq və məzun olduqdan sonra işlə təmin olunmaq imkanı əldə etmələridir.
Tədbirdə maarifləndirici və tanıtım videoçarxları  nümayiş olunub.
İncəsənət fakültəsi əməkdaşlarının konsert proqramı ilə çıxışlarından sonar tələbələrə həkim xalatı geydirilib və hərbi formalar təqdim olunub.
Tədbirin sonunda qonaqlar Tibb fakültəsində yüksək maddi-texniki baza ilə zəngin Anatomiya, Mulyaj-simulyasiya, Fitoterapiya, Stomatoloji, Əczaçılıq simulyasiya kabinələrində, Patologiya, Əczaçılıq, Kimya, Stomatoloji texniki, Mikrobiologiya laboratoriyalarında olub və tələbələrin təcrübi dərslərinin keçirilməsində mühüm əhəmiyyət daşıyan, müasir standartlara cavab verən avadanlıqlara baxıblar.

24-12-2021, 10:30 203

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041