TKTA ilin yekunlarına dair mətbuat konfransı keçirib



Dekabrın 23-də Təhsildə Keyfiyyət Təminatı Agentliyində (TKTA) cari ilin yekununa həsr olunmuş mətbuat konfransı keçirilib. 

Sumqayit.tv xəbər verir ki, konfransda  Agentliyin İdarə Heyətinin sədri Eldar Orucov cari ilin yekunlarına dair TKTA-nın fəaliyyət istiqamatləri barədə ətraflı məlumat verib. Dövr ərzində ümumilikdə 737 məktəbdə monitorinqin aparılması, universitetlərdə akkreditasiya qiymətləndirilməsi prosesinin keçirilməsi, qeyri-formal və informal təhsil sahəsində görülmüş işlər, həmçinin, xarici kvalifikasiyaların tanınması xüsusi vurğulanıb.

Sədr çıxışı zamanı qeyri formal və informal təhsilin tanınması ilə bağlı il ərzində təşkil olunmuş imtahanların nəticəsində vətəndaşlara 174 sertifikat, 13 diplom təqdim olunduğunu bildirib. Həmçinin, 22 müxtəlif ATM-in akademik və inzibati heyətinə “Akkreditasiya qiymətləndirilməsində ekspertlərin rolu” mövzusunda seminar, keyfiyyət təminatı səviyyəsinin tələbələrin gözü ilə təhlil olunması məqsədi ilə 16550 tələbə arasında anonim sorğu keçirildiyini vurğulayıb.

Son olaraq xarici dövlətlərdə əldə edilmiş kvalifikasiyaların tanınması barədə məlumat verən Eldar Orucov  diplomların tanınması üçün müraciət etmiş 3004 nəfərdən 2278 nəfərə müsbət (76%), 726 (24%) nəfərə isə mənfi cavab verildiyini diqqətə çatdırıb.

Sonda media nümayəndələrinin sualları cavablandırılıb.










24-12-2021, 11:02 162

Digər xəbərlər

Bu gün Azərbaycanda hava dəyişkəndir – yağış və külək gözlənilir

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 08:00
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
1 2 3 4 5 6 7 8 9 10 ... 1041