50 şəhid ailəsi və müharibə əlili mənzillə təmin edildi


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün daha 50 mənzil şəhid ailələri və müharibə əlillərinə verilib.

4 saylı DOST Mərkəzində mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində məlumat verilib ki, ümummilli liderimiz Heydər Əliyevin müdrik siyasəti, sosial sahəyə böyük qayğısı 2003-cü ildən Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilir. Bunun nəticəsidir ki, ötən 18 ildə Azərbaycan bütün sahələrdə mühüm tarixi nailiyyətlər əldə edib. 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər, torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi isə tariximizə şanlı qəhrəmanlıq salnaməsi kimi yazılıb.
Prezident İlham Əliyevin uğurlu siyasətinin sosial sahədə də ardıcıl uğurları, sosial inkişaf istiqamətində mühüm irəliləyişləri təmin etdiyini vurğulayan S.Babayev ötən 18 ildə Azərbaycanın əldə etdiyi sosial nailiyyətləri diqqətə çatdırıb.
Sosial ödənişlərdə mütəmadi olaraq ciddi artımlar edildiyini, xüsusilə son 3 ildə dövlət başçısının təqdim etdiyi inqilabi sosial paketlər çərçivəsində bu ödənişlərin orta hesabla 2,5 dəfə artdığını, sosial ödənişlər üzrə xərclərdə son 3 ildə 60% və ya 2,4 milyard manat artım olduğunu qeyd edib. Habelə ölkəmizdə çoxsaylı reabilitasiya və sosial xidmət müəssisələrinin yaradılaraq işə salındığını bildirib.
Şəhid ailələri və müharibə əlillərinin dövlət başçısının xüsusi qayğısı ilə əhatə olunduğunu vurğulayan nazir diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı bu il 5 dəfə genişlənib.
2021-2025-ci illərdə daha 11 min, o cümlədən 2021-ci ildə 3 min mənzil və fərdi evin  şəhid ailələri və müharibə əlilinə verilməsi nəzərdə tutulubBu il artıq  2800, ümumən ötən dövrdə isə 12 min şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib.
S.Babayev Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə iştirakçıları, erməni terrorundan zərər çəkənlər daxil olmaqla 40 min insanın sosial dəstəklə əhatə olunduğunu, onlara dəstək yönümlü 46 min xidmətin göstərildiyini deyib. Qeyd edib ki, dövlət başçısının Fərmanları  isə növbəti dəfə olmaqla 2021-ci ilin əvvəlindən şəhid ailələri, müharibə əlilləri üçün Prezidentin aylıq təqaüdü orta hesabla 50 faiz, bəzi istiqamətlər üzrə 100 faizə yaxın artırılıb. Həmçinin Milli Qəhrəmanlar üçün təqaüd 1500 manatdan 1800 manata çatdırılıb. “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdü (2000 manat) təsis edilib.
Yeni mənzillə təmin edilən vətəndaşlar, o cümlədən Azərbaycanın Mili Qəhrəmanı Yusif Əliyevin atası Əliyusif Əliyev, şəhid Nicat Nəbiyevin anası Əfsanə Əbülfətova, Vətən müharibəsi əlili Taleh Aşurov dövlət başçısının şəhid ailələrinə, müharibə əlillərinə, digər həssas qruplara diqqət və qayğısından, bu kateqoriyalardan olan vətəndaşların  sosial dəstəklə əhatə edilmələri, rifah halının yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlərdən  razılıqla söz açıblar.
Onlar göstərilən diqqət və qayğıya, bu gün müasir tələblərə uyğun yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

24-12-2021, 15:48 161

Digər xəbərlər

“Sumqayıtın inkişafında Qərbi azərbaycanlıların iştirakı” mövzusunda tədbir keçirilib-FOTO

İlham Əliyev Sumqayıtın inkişafında xidmətə görə bir qrup şəxsi təltif etdi

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

Zakir Fərəcov Şəhər Günündəsəyyar qəbul keçirdi – FOTO

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Bu gün, 17:05
Bu gün, 16:33
Dünən, 18:05
Dünən, 17:37
Dünən, 12:39
Dünən, 12:32
Dünən, 11:50
Dünən, 11:41
Dünən, 11:34
Dünən, 11:31
Dünən, 10:24
Dünən, 10:10
Dünən, 10:00
Dünən, 09:00
21-11-2024, 19:29
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
1 2 3 4 5 6 7 8 9 10 ... 903