Bakıda Cənubi Qafqazın ən böyük və ən müasir Baytarlıq Klinikası açılıb


Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.

Sumqayit.tv xəbər verir ki, dekabrın 28-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Bakının Nizami rayonunda həm ərazisinə, həm də müasir avadanlıqlarla təchizatına görə Cənubi Qafqazda ilk olan Baytarlıq Klinikasının açılışında iştirak edib.
Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun nəzdindəki Baytarlıq Klinikası müasir standartlara uyğun inşa olunub.
Tanışlıq zamanı kənd təsərrüfatı naziri İnam Kərimov məlumat verib ki, institutun ərazisində yerləşən və 1000 kvadratmetr ərazini əhatə edən klinikada ev heyvanları ilə yanaşı, kənd təsərrüfatı heyvanlarının da müayinə-müalicəsi aparılacaq. Cənubi Qafqazda ilk dəfədir ki, belə böyük ərazisi olan, müasir avadanlıqlarla təchiz edilən Baytarlıq Klinikası istifadəyə verilir.
Baytarlıq Klinikasında özəl baytar, feldşer, laborantlardan ibarət 20-yə yaxın əməkdaş çalışacaq. Klinikada qəbul, karantin, stasionar, terapiya, toksikologiya, dermotologiya, oftalmologiya, cərrahiyyə, USM, rentgen, biokimya laboratoriyası, eləcə də ilkin baytarlıq yardımı avtomobili vasitəsilə xidmətlərin göstərilməsi nəzərdə tutulur.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən “Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2020-ci il 22 aprel tarixli Fərman imzalanıb. Fərmanın icrası ilə əlaqədar baytarlıq sahəsində institusional dəyişikliklər həyata keçirilir. Belə ki, dövlət sifarişi əsasında baytarlıq xidməti göstərən sahə baytarlıq məntəqələri mütəxəssislərinin gələcək fəaliyyətləri müqavilə əsaslı olmaqla, özəl baytarlıq xidmətinə keçidlə əvəzlənəcək.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva pişik üzərində cərrahiyyə əməliyyatını izləyib.
İkinci səviyyəli Biotəhlükəsizlik Elmi-Tədqiqat Diaqnostik Laboratoriyası, üçüncü səviyyəli Biotəhlükəsizlik Laboratoriyası, diaqnostikum və serum istehsalat şöbəsinin fəaliyyət göstərdiyi, müasir avadanlıqlarla təchiz olunmuş Baytarlıq Klinikasında özəl xidmətə keçən baytarlıq mütəxəssisləri bilik və bacarıqlarını artıra, müalicə-profilaktika sahəsində yeni və müasir biliklərdən yararlana biləcəklər. Bununla yanaşı, Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin gənc kadrlardan ibarət məzunlarının da klinikada öz bilik və bacarıqlarını daha da təkmilləşməsinə şərait yaradılacaq.
Baytarlıq Klinikası ilə tanışlıqdan sonra xatirə şəkli çəkdirilib.
Bakıda Cənubi Qafqazın ən böyük və ən müasir Baytarlıq Klinikası açılıb Bakıda Cənubi Qafqazın ən böyük və ən müasir Baytarlıq Klinikası açılıb Bakıda Cənubi Qafqazın ən böyük və ən müasir Baytarlıq Klinikası açılıb Bakıda Cənubi Qafqazın ən böyük və ən müasir Baytarlıq Klinikası açılıb Bakıda Cənubi Qafqazın ən böyük və ən müasir Baytarlıq Klinikası açılıb Bakıda Cənubi Qafqazın ən böyük və ən müasir Baytarlıq Klinikası açılıb Bakıda Cənubi Qafqazın ən böyük və ən müasir Baytarlıq Klinikası açılıb Bakıda Cənubi Qafqazın ən böyük və ən müasir Baytarlıq Klinikası açılıb Bakıda Cənubi Qafqazın ən böyük və ən müasir Baytarlıq Klinikası açılıb Bakıda Cənubi Qafqazın ən böyük və ən müasir Baytarlıq Klinikası açılıb Bakıda Cənubi Qafqazın ən böyük və ən müasir Baytarlıq Klinikası açılıb Bakıda Cənubi Qafqazın ən böyük və ən müasir Baytarlıq Klinikası açılıb Bakıda Cənubi Qafqazın ən böyük və ən müasir Baytarlıq Klinikası açılıb Bakıda Cənubi Qafqazın ən böyük və ən müasir Baytarlıq Klinikası açılıb Bakıda Cənubi Qafqazın ən böyük və ən müasir Baytarlıq Klinikası açılıb Bakıda Cənubi Qafqazın ən böyük və ən müasir Baytarlıq Klinikası açılıb Bakıda Cənubi Qafqazın ən böyük və ən müasir Baytarlıq Klinikası açılıb

29-12-2021, 11:04 364

Digər xəbərlər

Bu gün Azərbaycanda hava dəyişkəndir – yağış və külək gözlənilir

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 08:00
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
1 2 3 4 5 6 7 8 9 10 ... 1041