Yeni üzüm sortlarının əkilməsiylə bağlı araşdırmalar aparılır



Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları Kürdəmir rayonunda elmi ekspedisiyada olublar.

Sumqayit.tv xəbər verir ki, Tədqiqatların aparılmasında məqsəd respublikamızda emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, rəqabətqabiliyyətli milli brendlərin istehsalı və ixrac potensialının yüksəldilməsidir. Vaxtilə dünyada şöhrət qazanmış yüksək keyfiyyətli şərabların istehsalında qiymətli xammal mənbəyi olan yerli üzüm sortlarının müəyyən edilərək seçilməsi, qiymətləndirilməsi, müasir sürətli üsullarla artırılaraq bərpa olunması və istehsalçıların keyfiyyətli əkin materialları ilə təmin edilməsi qarşıda dayanan ən önəmli vəzifələrdəndir.
Dünyada keyfiyyətinə görə birinci hesab olunan Azərbaycanın qiymətli, ən qədim yerli texniki üzüm sortu olan «Şirvanşahı»dır. Bu sortun bərpası, artırılması, davamlı istifadəsi də aparılan tədqiqat işlərinin məqsədlərinə daxildir. Aparılan elmi-seleksiya işləri çərçivəsində bu sortdan gələcəkdə əkin materialı tədarük edilməsi üçün rayonun Mürtülü, Yenikənd, Dəyirmanlı kəndləri və Karrar qəsəbəsindəki köhnə üzüm bağlarına, fermer, ailə kəndli və ev təsərrüfatlarına baxış keçirilib. Məlum olub ki, burada çardaq sistemi ilə yanaşı həyətyanı sahələrdə qədimdən xiyaban üsulu ilə əkilib-becərilmiş, əsrlərdən bəri dövrümüzə gəlib çatmış yaşlı «Şirvanşahı» tənəkləri də mövcuddur. Təsərrüfat sahiblərinin sözlərinə görə Şirvanşahı sortunun xiyabandakı tənəklərinin yaşı 200 ildən çoxdur.
İnstitutun mütəxəssisləri tərəfindən «Şirvanşahı» üzüm sortunun tənəkləri çubuq tədarükü zamanı həmin kollardan əkin materialı əldə etmək məqsədilə müəyyən edilərək etiketlənib, nişanlanmış tənəklərin sayı və hər tənəkdən əldə ediləcək təqribi çubuq miqdarı qeydiyyat və uçot işlərində öz əksini tapmışdır.
Qeyd edək ki, «Şirvanşahı» sortu – respublikada şərabçılıq üzrə milli brendlərin istehsalı məqsədilə xammal bazasının yaradılması və ixrac potensialının yüksəldilməsində zəngin texnoloji parametrlərə və imkanlara malikdir.
İlk dəfə 1927-ci ildə Azərbaycanın Kürdəmir rayonunda, şərabçı Z.Q.Dubinin və S.D.Dolqanova tərəfindən «Şirvanşahı» üzüm sortundan alınmış qırmızı desert şərab «San–Rafael» adı altında müalicəvi şərab kimi buraxılıb. Sonralar texnoloji proses zamanı əzintinin spirtlənməsi, şirədən müəyyən qədər götürülməsi və spirtlənmiş əzintinin saxlanaraq yetişdirilməsi kimi əsas əməliyyatlar istisna olmaqla istehsal texnologiyası təkmilləşdirilib və «Kürdəmir» şərabı və şarabçılıqdakı üsul isə «Kürdəmir üsulu» adlandırılıb.
İnstitut əməkdaşları tərəfindən respublikanın müxtəlif regionlarındakı köhnə üzüm bağlarında, fermer, ailə kəndli və ev təsərrüfatlarında sortların müəyyən edilərək, gələcəkdə əkin materialı tədarük edilməsi üçün tədqiqatlar davam etdiriləcəkdir.
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri elmi ekspedisiyada olublar Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri elmi ekspedisiyada olublar Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri elmi ekspedisiyada olublar Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri elmi ekspedisiyada olublar



29-12-2021, 15:45 263

Digər xəbərlər

Bu gün Azərbaycanda hava dəyişkəndir – yağış və külək gözlənilir

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 08:00
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
1 2 3 4 5 6 7 8 9 10 ... 1041