Sumqayıtda şagirdlərə ekoloji problemlər və yenidən emalla bağlı biliklər verilib - FOTOLAR
Sumqayıtda şagirdlər üçün "Mother Nature” layihəsi çərçivəsində seminar keçirilib.
Sumqayit.tv xəbər verir ki, bu haqda Sağlam Düşüncə Gənclər Təşkilatı məlumat yayıb. Seminar "Təfəkkür” liseyində, qısa müddətlik ölkəmizə gələn türk könüllüləri Tarık Aslan və Özge Şahin tərəfindən keçirilib. Burada iştirak edən şagirdlərə ekoloji problemlər və yenidən emalla bağlı biliklər verilib. Növbəti mərhələdə isə, məktəblilər əldə etdikləri bilikləri tətbiq edərək, plastik tullantılardan müxtəlif əşyalar hazırlayacaqlar.