Uşaqlar arasında yayılan virusla bağlı RƏSMİ AÇIQLAMA


"Son günlər uşaqlar arasında yayılan xəstəliklərlə bağlı müraciətlərin sayı artıb. Gətirilən uşaqların böyük əksəriyyətində qızdırma, halsızlıq, öskürək, ishal və s. simptomlar müşahidə olunur”.

Bu barədə Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, son zamanlar uşaqlar arasında yayılan xəstəliklər mövsümi xarakter daşıyır:
"Bəzi uşaqların bunu bir qədər ağır keçirməsi onların koronavirusa (COVID-19) yoluxması demək deyil. Uşaqlarda COVID-19-a yoluxma çox az hallarda baş verir”.
Mərkəzin tabeliyində olan 2 saylı Klinik Uşaq Xəstəxanasının pediatr-infeksionisti Rəna Hüseynovanın sözlərinə görə, uşaqlarda immunitetin zəif olması, kütləvi tədbirlərdə, insanların sıx olduğu ərazilərdə yaxın təmasların olması xəstəliklərin onlar arasında kütləvi artmasının əsas səbəblərindəndir. R.Hüseynova valideynlərə tövsiyəsində bildirib ki, hazırda geniş yayılan xəstəliyin müalicəsi üçün həkimlə məsləhətləşmək mütləqdir:
"Valideynlər həkimlə əlaqə qurana qədər uşaqlara çoxlu maye, onların qızdırmasının aşağı düşməsi üçün dərman verə bilərlər. Antibiotik vasitələrdən istifadə isə yolverilməzdir. Antibiotiklə müalicəyə ancaq həkim qərar verə bilər”.
Pediatr-infeksionist əlavə edib ki, sağlam qidalanmaqla, gigiyena qaydalarına düzgün əməl etməklə, insanlarla sıx təmasdan uzaq olmaqla xəstəliklərdən qorunmaq mümkündür.


6-01-2022, 13:20 177

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041