“Xavər” layihəsinin video-icmalı təqdim olunub – VİDEO
“Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi tərəfindən cari ilin 06-08 noyabr tarixlərində Lənkəran şəhərində yerləşən “Lüks Lənkəran” otelində “Xoşbəxt ailələrdə vulqar ənənə riskləri (XAVƏR)” layihəsi çərçivəsində Azərbaycan Respublikasının 11 yaşayış məntəqəsindən (Astara, Bakı, Gədəbəy, Gəncə, Qəbələ, Lənkəran, Neftçala, Samux, Sumqayıt, Tovuz, Zərdab) olan 25 nəfər gənc üçün Azərbaycan Respublikasının Gənclər Fondunun 8000 (səkkiz min) manatlıq maliyyə dəstəyi ilə 3 günlük nəzəri-praktik konfransı (panel müzakirələr) uğurla başa çatmışdır. İctimai birlikdən “Azad Şuşa”ya verilən məlumata görə, nəzəri-praktik konfransda coğrafi və gender balans nəzərə alınmaqla, respublika üzrə 18-35 yaş arası 25 nəfər gənc və gənc ailəni təmsil edən 14 nəfər qız və 11 nəfər oğlanın iştirakı təmin olunmuşdur.
İctimai birliyin heyətindən başqa konfransda qonaq qismində Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəisi cənab Ramin Rəhimov və Lənkəran rayon Havzova kənd sakini – 11 övlad (6 oğlan və 5 qız, o cümlədən 20 nəvə və 2 nəticə) sahibi olan 77 yaşlı qəhrəman ana Şahrud Şabanova, ekspert qismində isə Ombudsman Aparatının Cəlilabad Regional Mərkəzinin rəhbəri cənab Ziya İsmayılov iştirak edərək özlərinin şəxsi bilik və təcrübələrini gənclərlə bölüşmüş və iştirakçı gənclərin suallarını cavablandırmışlar. Nəzəri-praktik konfransda işçi heyətlə iştirakçılar arasında ailə dəyərləri, əxlaq və etika normaları sahəsində bir çox mövzuların: “Azərbaycan xalqının zəngin milli–mənəvi dəyərlərivə adət-ənənələri: multikulturalizm və multietnosluq, Azərbaycanda milli-mənəvi dəyərlər və müasirlik: qloballaşma və modernləşmə dövründə milli ailə dəyərləri,Azərbaycanda klassik və müasir ailə dəyərləri: Dəyişək, yoxsa qoruyaq? Nikahların və boşanmaların mövcud statistikası, Vulqar ənənələr (sevən gənclərə və gənc ailələrə valideynlərin yersiz müdaxilələri, aktuallığını itirmiş adətlər, boşanmalara rəvac verən ənənələr) və onların doğurduğu sosial risklər, Əxlaq normaları: xüsusiyyətləri, növləri və nümunələri, Əxlaqi keyfiyyətlər –insanlararası münasibətlər və reallıq, Hüquqi dövlətdə əxlaq və azadlıq məfhumları/prinsipləri, Ailə dəyərlərinin qorunmasında gender bərabərliyi – “Xoşbəxt ailə modeli”, Etik davranış qaydaları, Etika və gender: sosial-əxlaqi davranış tərzləri, Aidiyyəti qurumlara göndərilməkdən ötrü yeni ailə quran gənclərin və ya gənc ailələrin dağılmasının qarşısını almağa yönələn müvafiq təkliflər paketinin hazırlanması” müzakirə olunması və 3 günlük tədbir ərzində aidiyyəti mövzularla bağlı müxtəlif sosial çarxların izlənilməsi nəzərdə tutulmuşdur.
Tədbir ərzində müxtəlif interaktiv üsullardan, təqdimatlar, beyin həmləsi, debatlar, fokus qrup müzakirələri, interaktiv qrup işləri, enercayzerlər, iştirakçılarla və mütəxəsislərlə qarşılıqlı fikir mübadiləsi kimi fərqli metodlardan geniş istifadə olunması planlaşdırılır. Tədbirin sonunda bütün iştirakçılara sertifikatların verilməsi, gənclərə ailə dəyərləri, əxlaq və etika normaları sahəsində müvafiq təqdimatların təqdim olunması nəzərdə tutulur. Qeyd edək ki, 01 oktyabr – 31 dekabr 2021-ci il tarixləriniəhatə edən 3 aylıq layihənin məqsədi Azərbaycanda ailə dəyərlərinin, əxlaq və etika normalarının təbliği sahəsində gənclərin, xüsusən də, yeni ailə quran gənc ailələrin vulqar ənənə (sevən gənclərə və gənc ailələrə valideynlərin yersiz müdaxilələri, aktuallığını itirmiş adətlər, boşanmalara rəvac verən ənənələr) risklərindən qorunması istiqamətində onların ölkə miqyasında maarifləndirilməsini və məlumatlandırılmasını təşkil etməkdən ibarətdir. Əlavə edək ki, tədbirdən öncə Azərbaycanın 37 müxtəlif yaşayış məntəqəsindən (Ağcabədi, Ağsu, Astara, Bakı, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Gədəbəy, Gəncə, Göyçay, Xaçmaz, İmişli, Qax, Qazax, Qəbələ, Laçın, Lənkəran, Masallı, Mingəçevir, Naftalan, Naxçıvan, Neftçala, Oğuz, Saatlı, Salyan, Samux, Sumqayıt, Şirvan, Tovuz, Ucar, Yardımlı, Zaqatala, Zərdab) 98 nəfər gənc ərizəçi (46 nəfər oğlan və 52 nəfər qız) nəzəri-praktik konfransda iştirak etmək üçün təşkilata müraciət etmişdir ki, onlardan da yalnız 25 nəfəri (11 oğlan və 14 qız) tədbirdə iştirak etmək hüququ qazanmışdır. Daha ətraflı məlumatı “Magiya” İctimai Birliyinin Mətbuat Katibliyindən əldə edə bilərsiniz. Əlaqə vasitələri: (0 51) 814 44 42, [email protected], Elvin Orucov Lənkəran şəhəri, Heydər Əliyev prospekti 3, AZ 4200, İnternet səhifəsi: www.epsaya.az, E-mail: [email protected]