Məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə videokonfrans keçirilib


Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrində 2021-ci ildə görülən işlər, mövcud vəziyyət və qarşıda duran vəzifələrlə bağlı videokonfrans keçirilib. 

Sumqayit.tv xəbər verir ki, videokonfransda təhsil nazirinin müavini Firudin Qurbanov, nazirliyin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin əməkdaşları, Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin, uşaq-gənclər idman-şahmat məktəblərinin direktorları iştirak edib.

Videokonfransda çıxış edən nazir müavini Firudin Qurbanov 44 günlük Vətən müharibəsində iştirak edən təhsil işçilərinin, o cümlədən məktəbdənkənar təhsil müəssisələrinin əməkdaşlarının şücaətini qeyd edib, şəhid olanların xatirəsi ehtiramla yad edilib. 

Firudin Qurbanov məktəbdənkənar təhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkili, şagirdlərin məktəbdənkənar fəaliyyətə cəlb olunması, nizam-intizam və təhlükəsizlik məsələlərinə diqqət yetirilməsi, xüsusi karantin rejiminin qaydalarına riayət edilməsinə dair tövsiyə və tapşırıqlarını verib. Nazir müavini təlim-tərbiyə prosesinin keyfiyyətinin artırılması, istedadlı uşaq və gənclərin aşkar edilməsi, onlara müvafiq dəstəyin verilməsi və inkişaf etdirilməsi ilə bağlı səmərəli sistemin formalaşdırılması ilə bağlı tövsiyələrini diqqətə çatdırıb. 

Hazırki dövrdə təhsil işçilərinin daha çox sayda vaksinasiya prosesinə qoşulmasının əhəmiyyətini vurğulayan nazir müavini əməkdaşların və şagirdlərin sağlamlıqlarına xüsusi diqqət yetirməyin vacibliyini qeyd edib, məktəbdənkənar təhsil müəssisələrinin əməkdaşları arasında koronavirusdan vəfat edən şəxslərin də olduğunu təəssüf hissi ilə bildirib.

Görüşdə 2021-ci il ərzində yüksək nəticə göstərən, eyni zamanda fəaliyyətlərində nöqsanlar olan məktəbdənkənar təhsil müəssisələrinin adları qeyd olunub, fəaliyyətin təşkilində səmərəliliyin artırılması ilə bağlı tapşırıqlar verilib, gündəlikdəki məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib.
 











11-01-2022, 09:44 172

Digər xəbərlər

Bu gün Azərbaycanda hava dəyişkəndir – yağış və külək gözlənilir

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 08:00
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
1 2 3 4 5 6 7 8 9 10 ... 1041