Gündəlik olaraq 200-dən çox qida müayinədən keçirilir


Kompleks Tədqiqatlar Laboratoriyasında baytarlıq preparatlarının və bitki mühafizə vasitələrinin, eləcə də qida məhsulları ilə təmasda olan qablaşdırma məmulatlarının, bioloji fəallığa malik qida əlavələrinin, qida qatqılarının tərkib, keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə gündəlik 200-dən çox müayinə həyata keçirilir.

Sumqayit.tv xəbər verir ki, laboratoriyada olan yüksək həssaslığa malik xromatoqrafiya sistemləri və müasir spektral cihazlar bir çox mürəkkəb tərkibli maddələrin identifikasiyasını, onların miqdar təyinini həyata keçirmək imkanına malikdir. Sınaqlar müxtəlif detektorlarla təchiz edilmiş qaz və maye xromatoqraflar, İnduktiv Qoşulmuş Plazmalı Kütlə və Optik Emission Spektrometrləri və digər müxtəlif təyinatlı spektrofotometrlər vasitəsilə həyata keçirilir. Mövcud cihazlarla nümunə tərkibində bilinməyən toksikoloji maddələrin təyini, şüşə və plastik qablaşdırma materiallarının element və tərkib analizi, həmçinin nümunəyə təmas etmədən əsas struktur tərkibinin öyrənilməsinə imkan verən analizlər aparılır.
Laboratoriya fəaliyyətə başladığı gündən qida, qeyri-qida, eləcə də qablaşdırma məhsullarının keyfiyyət və toksikoloji müayinələri üzrə 400-dən çox yeni metod işlənib hazırlanıb. Hazırlanmış yeni metodlarla yanaşı, laboratoriyada ISO, EN, AOAC, NMKL kimi beynəlxalq metodlar geniş şəkildə tətbiq olunur. Laboratoriyada farmakoloji və bioloji baytarlıq preparatlarının, o cümlədən yem və yem əlavələrinin keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə müayinələri ölkəmizdə heyvan sağlamlığının təmin edilməsində böyük əhəmiyyət kəsb edir. Həmçinin laboratoriyada aparılan pestisid və aqrokimyəvi maddələrin təhlükəsizlik və tərkib analizləri bitki sağlamlığının təmin edilməsində və ətraf mühitin toksiki çirklənməsinin qarşısının alınmasında xüsusi əhəmiyyətə malikdir.

11-01-2022, 15:29 149

Digər xəbərlər

Azərbaycanın Müstəqillik Günündə İzmir şəhərində anlamlı ziyarət

Milli Məclisin deputatı Səbinə Salmanova növbəti vətəndaş qəbulu keçirib - FOTO

Sumqayıtda 129 nəfər narkotik asılılığına qarşı əvəzedici müalicə proqramına cəlb olunub

Qərbi Azərbaycan gəncləri Sumqayıtda “Müstəqilliyə Gedən Yol” seminarında iştirak ediblər - Foto

Sumqayıtda yıxılaraq başı daşa dəyən kişi öldü

Sumqayıtda 10-cu mikrorayonda antisanitar vəziyyət — İy qoxudan pəncərə açmaq mümkün deyil

Sumqayıtlı Ömər Rəcəbli Peruda bürünc medal qazandı

Şəhid ailələri Naxçıvan şəhidlərini ziyarət edib - FOTO

Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

Rusiya AZAL-la bağlı həqiqətləri bu səbəbdən indi qəbul etdi

Sumqayıtda silah-sursat aşkarlanıb

Sarayda 4 avtomobil toqquşdu — Polisin faciəvi ölümü - FOTO

Zakir Fərəcovun növbəti səyyar görüşü 42-ci məhəllədə keçirilib

Sumqayıtda kəsilmiş ağacların əvəzinə yeniləri əkilib, identifikasiya etiketi vurulub - FOTO

Sumqayıtda 201 mənzil kirayə mexanizmi ilə satışa çıxarıldı

Əliyev və Putin görüşdü

Saray qəsəbəsində baş verən ağır qəza ilə bağlı rəsmi məlumat – 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Sumqayıtda avtobus sürücüsü narkotik qəbul edərək sərnişin daşıyırdı – VİDEO

Azərbaycan nefti bahalaşdı

Sabah Sumqayıt üzrə pensiyalar ödəniləcək

1 2 3 4 5 6 7 8 9 10 ... 972
Dünən, 20:00
Dünən, 19:01
Dünən, 09:07
Dünən, 08:36
17-10-2025, 11:56
13-10-2025, 18:30
13-10-2025, 11:05
10-10-2025, 15:18
10-10-2025, 12:45
10-10-2025, 10:21
10-10-2025, 10:16
10-10-2025, 08:35
10-10-2025, 00:40
9-10-2025, 19:53
9-10-2025, 19:35
9-10-2025, 18:55
9-10-2025, 18:44
9-10-2025, 16:10
9-10-2025, 11:17
9-10-2025, 11:09
9-10-2025, 11:01
9-10-2025, 10:20
8-10-2025, 12:58
8-10-2025, 12:54
8-10-2025, 12:39
8-10-2025, 11:20
7-10-2025, 23:40
7-10-2025, 22:29
7-10-2025, 22:06
7-10-2025, 14:09
7-10-2025, 14:05
7-10-2025, 13:48
7-10-2025, 13:47
7-10-2025, 11:27
7-10-2025, 11:00
7-10-2025, 09:59
6-10-2025, 17:09
6-10-2025, 14:48
6-10-2025, 13:15
6-10-2025, 10:48
1 2 3 4 5 6 7 8 9 10 ... 972