11 yanvar Dünya qoruqlar və milli parklar günü münasibətilə məktəblilər üçün maarifləndirici tədbirlər təşkil edilib.Şagirdlərə biomüxtəlifliyin qorunmasında xüsusi mühafizə olunan təbiət ərazilərinin rolu, flora və fauna aləmi, “Qırmızı kitab”a düşən Azərbaycanın nadir və nəsli kəsilməkdə olan heyvanları və bitkiləri haqqında məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.