Sumqayıtda Peşə Təhsil Mərkəzində 8 ixtisas üzrə kadr hazırlanır - FOTOLAR

Yanvarın 12-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Sumqayıt Kimya Sənaye Parkının Peşə Təhsil Mərkəzinə media-tur təşkil edilib.

Sumqayit.tv xəbər verir ki, Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsini icra edən Yadullah Babayev media nümayəndələrinə Mərkəzin fəaliyyəti haqqında məlumat verib. Bildirilib ki, 2020-ci il sentyabrın 14-də Prezident İlham Əliyevin iştirakı ilə Peşə Təhsil Mərkəzinin açılışı olub. 6 korpusdan ibarət olan Mərkəz 500 tələbənin təhsil alması üçün nəzərdə tutulub. Korpuslarda 23 tədris otağı, 13 laboratoriya, kitabxana, kompüter otağı, akt zalı, yeməkxana, idman zalı və inzibati otaqlar var.
Peşə Təhsil Mərkəzi Sumqayıt Kimya Sənaye Parkının ərazisində yaradılmış ilk təhsil müəssisəsidir və sənaye müəssisələrinin tam əhatəsində yerləşir. Mərkəzin tələbələri mütəmadi olaraq bu sənaye müəssisələrində təcrübə-dərs proqramlarında iştirak edir və tədris prosesində qazanılmış nəzəri biliklərini daha da təkmilləşdirirlər. Mərkəzdə çalışan müəllimlərin əksəriyyəti bu sənaye müəssisələrinin peşəkar mühəndisləridir.
İlk tədris ilində (2020-2021-ci illər) Peşə Təhsil Mərkəzində 5 ixtisas üzrə kadr hazırlığı həyata keçirilib, 2021-2022-ci tədris ilində bəzi sahələrdə kadr hazırlığına ciddi tələbatın olması səbəbindən daha 3 yeni ixtisas yaradılaraq sayı 8-ə çatdırılıb.
Hazırda Peşə Təhsil Mərkəzində torna və frezer dəzgahların, proqramla idarə olunan dəzgahların operatoru, sənayedə quraşdırma işləri üzrə usta, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, avtomatika üzrə usta, aqroservis mütəxəssisi, isitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı, veb-dizayner və proqram təminatçısı ixtisasları üzrə 150-dən çox tələbə təhsil alır. Bu ixtisaslardan, sadəcə, veb-dizayner və proqram təminatçısı ixtisasları ödənişlidir. Təhsil müddəti 1 ildir və qəbul müsahibə yolu ilə həyata keçirilir. Müsahibədə tam orta təhsilli şəxslər iştirak edirlər. Tədris müddətində dövlət sifarişi əsasında təhsil alan tələbələr təqaüdlə təmin olunurlar.
Peşə Təhsil Mərkəzi bir çox sənaye müəssisələri ilə əməkdaşlıq edir. Mərkəzin ən fəal, savadlı tələbələri (əsasən təcrübi dərslərdə fəal olan tələbələr) əməkdaşlıq edilən sənaye müəssisələrində işlə təmin edilə bilmələri üçün müvafiq tədbirlər görülür. Mərkəzi uğurla bitirənlər sonda diplomla təltif olunurlar.
KİV nümayəndələri Peşə Təhsil Mərkəzində yaradılan şərait, dərs prosesləri, laboratoriyalar və s. tanış olublar. Media tur iştirakçıları tələbələrin Sumqayıt Kimya Sənaye Parkının rezidenti "Azertexnolayn” MMC-də keçdikləri təcrübə proqramı çərçivəsində keçirilən təlimləri izləyiblər.

Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki Peşə Təhsil Mərkəzində 8 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir -FOTOLAR

12-01-2022, 17:35 1 681

Digər xəbərlər

Bu gün Azərbaycanda hava dəyişkəndir – yağış və külək gözlənilir

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 08:00
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
1 2 3 4 5 6 7 8 9 10 ... 1041