13 yanvar 2022-ci il tarixində saat 16:00-da Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Təhlükəsiz qida” adlı onlayn verilişi “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsi üzərindən canlı yayımlanacaq.Verilişdə ictimai yerlərdə qidalanma üçün istifadə olunan keytrinq xidmətinin təşkili barədə məlumat veriləcəkdir.
Canlı yayım zamanı mövzu ilə əlaqədar sizi maraqlandıran sualları AQTİ-nin Sahibkarlara xidmət departamentinin əməkdaşı Seymur Qafarova ünvanlaya bilərsiniz.
Qeyd edək ki, “Təhlükəsiz qida” layihəsinin həyata keçirilməsində məqsəd istehlakçıların, habelə qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsini təmin etməkdir.