“Sahibkar məktəbli” müsabiqəsinə yekun vurulub


Yanvarın 12-də uşaq və gənclər arasında hibrid (onlayn və canlı) formatda keçirilən “Sahibkar məktəbli” müsabiqəsinin final mərhələsi və qaliblərin mükafatlandırılması mərasimi təşkil edilib. 

Sumqayit.tv xəbər verir ki, tədbirdə Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin sektor müdiri Qeyrət Şirəliyev və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə, münsiflər heyətindən “Resursların təkrar emalı - yeni məhsulların dizaynı və istehsalı” nominasiyası üzrə “AzEkol” MMC şirkətinin direktoru Ruslan Ağayev, “Sosial-ictimai sahədə sahibkarlıq” nominasiyası üzə Cəmilə İbrahimova, Avropa İttifaqının maliyyələşdirdiyi BMTİP-nin həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsinin rəhbəri, “İnternet sahibkarlığı” nominasiyası üzrə Nailə Hüseynova, “Competo” MMC-nin İnsan Resursları Departamentinin direktoru, “Ekoloji təmiz məhsul və uşaqlar üçün qidalar” nominasiyası üzrə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi İnstitutunun ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Elməddin Xəlilzadə, “Yeni masa üstü və onlayn oyunlar” nominasiyası üzrə “Tik-Talk” antikafenin, masa üstü oyunları üzrə meneceri Ucal Əzizzadə iştirak edib.

Tədbirdə qeyd edilib ki, 1 oktyabr - 30 dekabr 2021-ci il tarixlərində 2 yaş (10-13, 14-16) qrupu üzrə fərdi və qrup (3 və ya 5 nəfərdən ibarət komandalar) şəklində olmaqla layihəyə Bakı şəhəri və regionlardan ümumilikdə 135 məktəbli müraciət edib.

Müsabiqə üçün biznes layihələri 5 nominasiya üzrə qəbul olunub:
- İnternet sahibkarlığı (satış);
- Sosial, ictimai sahədə sahibkarlıq;
- Yeni masaüstü və onlayn oyunlar;
- Ekoloji təmiz məhsul və uşaqlar üçün qidalar;
- Resursların təkrar emalı - yeni məhsulların dizaynı və istehsalı.

Layihə şərçivəsində Gənc sahibkarlar üçün “Dadashsoy Business School” Elvin Dadaşsoy,  “Social Innovation Lab” Cəsur Həsənov, “FR Collection” Ruslan Hüseynov və digər peşəkar ekspertlər tərəfindən vebinarlar və proqram müddətində Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində nominasiyalar üzrə professional start-upların və mentorların işi təşkil edilib. 

Tədbirin sonunda qaliblər Təhsil Nazirliyinin hədiyyələri, kubok və diplomlarla təltif edilib.

Qeyd edək ki, Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən müsabiqənin əsas məqsədi məktəblilərin sahibkarlıq bacarıqlarının formalaşdırılması, onlar arasında kiçik biznesin inkişaf etdirilməsi, liderlik potensialı və kreativ düşüncəyə malik olan yaradıcı və istedadlı uşaqların üzə çıxarılmasından ibarətdir.

13-01-2022, 15:51 198

Digər xəbərlər

Bu gün Azərbaycanda hava dəyişkəndir – yağış və külək gözlənilir

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 08:00
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
1 2 3 4 5 6 7 8 9 10 ... 1041