Lənkəranda silahlı narkotacirlər saxlanılıb


Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində 11 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr və silah sursat aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Lənkəran ŞRPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Rizvan Əkbərov narkotik vasitə heroini satarkən saxlanılıb. Onun yaşadığı evə keçirilən baxış zamanı həyətdəki qarajda saxlanılan “VAZ 2106” markalı avtomobilin mühərrik hissəsində gizlətdiyi ayrı-ayrı bükümlərdə ümumilikdə 6 kiloqramdan artıq heroin, 1 kiloqram 250 qram metamfetamin, 2 kiloqrama yaxın qurudulmuş marixuana və 1 ədəd tərəzi aşkarlanaraq götürülüb.
Ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə həmin şəxsin qohumuna məxsus yaşayış evində silah-sursat gizlətdiyi də müəyyən edilib.
Keçirilən baxış zamanı həmin evdən 2 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silahlara məxsus 3 ədəd sandıça və 12 ədəd patron, həmçinin üzərinə snayper tüfənginə məxsus uzaq görmə cihazı quraşdırılmış 1 ədəd karabin odlu silahı aşkar edilərək götürülüb.
İlkin araşdırma zamanı R.Əkbərovun həmin narkotik vasitə və silahları xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə etdiyi müəyyən edilib.
Lənkəran ŞRPŞ-nin Liman Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayon sakinləri Orxan Ağazadə və Riyad Əskərov saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Aparılan araşdırmalarla həmin şəxslərin narkotik vasitəni Liman şəhər sakini Şahin Bağırovdan əldə etdikləri müəyyən edilib. Keçirilən baxış zamanı Ş.Bağırovun üzərindən və idarə etdiyi “Mercedes” markalı avtomobilin yük yerindən 2 kiloqram 174 qram heroin aşkarlanaraq götürülüb. Həmin şəxsin narkotik vasitəni xairici ölkə vətəndaşı vasitəsilə əldə etdiyi müəyyən edilib.
Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Əşrəf Səfərov və İqbal Abbasov da saxlanılıblar. Onların üzərindən hazır bükümlərdə qablaşdırılmış heroin və elektron tərəzilər aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.

17-01-2022, 10:20 206

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041