Azərbaycanda ilk dəfə tərəvəz-bostan bitkilərinin güzəştli sığortası başlayıb



Azərbaycanda dövlət dəstəyi ilə təbiq edilən aqrar sığorta çərçivəsində ölkədə ilk dəfə olaraq tərəvəz-bostan bitkilərinin güzəştli sığortası başlayıb.

Sumqayit.tv xəbər verir ki, Aqrar Sığorta Fondunun məlumatına görə, Nazirlər Kabinetinin 22 dekabr 2021-ci il tarixli 398 saylı qərarı ilə aqrar sığorta predmetlərinin – sığortalanan bitkilərin siyahısı genişləndirilib.
Nəticədə ölkədə geniş şəkildə əkilən tərəvəz-bostan bitkiləri – noxud, yaşıl noxud, qarpız, qovun, pomidor, baş soğan, sarımsaq və kələm də sığortalanan bitkilər sırasına daxil edilib.
Aqrar sığorta qaydalarına əsasən, sözügedən bitkilər dolu; yanğın; zəlzələ; torpaq sürüşməsi; qasırğa; fırtına; sel və subasma; leysan; ildırım; şaxtavurma (donvurma); normadan artıq yağan qar yağıntıları; üçüncü şəxslərin hərəkətləri kimi risklərdən, eləcə də əlavə sığorta haqqı ödəməklə, bitki xəstəlikləri və zərərvericilər və xüsusi təhlükəli ziyanvericilərin vurduğu zərərdən sığortalana bilərlər.
Tərəvəz-bostan bitkilərinin sığortalanması üçün sığorta tarifləri ölkənin regionları və seçilmiş sığorta zərfindən asılı olaraq dəyişir. Sığorta tarifləri aşağıdakı kimidir: 
- pomidor 2.12% - 4.58%
- baş soğan 1.61% - 3.18%
- sarımsaq 1.54% - 3.02%
- kələm 1.59% - 3.30%
- noxud 1.95% - 4%
- yaşıl noxud 1.95% - 4%
- qarpız 2.17% - 4.71%
- qovun 1.87% - 3.98%
Misal 1:
1 hektar pomidor sahəsinin sığortası:
1 hektar sahədən gözlənilən məhsuldarlıq miqdarı – 100 sentner, 1
sentner məhsulun bazar qiyməti – 40 manat olarsa, sahədən gözlənilən
məhsulun ümumi dəyəri - sığorta məbləği 4 000 manat təşkil edir.
Bu sahənin baza zərfi üzrə sığortalanması ölkənin regionlarından asılı
olaraq 85-183 manat arasında dəyişir.  Fermer bu məbləğin yalnız yarısını – 42-92 manatını ödəyir, qalan hissəni dövlət ödəyir.
Sığorta hadisəsi nəticəsində sahədəki məhsul tamamilə itirilərsə, sığorta
ödənişi 3 600 manat təşkil edir.
Misal 2:
1 hektar qarpız sahəsinin sığortası:
1 hektar sahədən gözlənilən məhsuldarlıq miqdarı – 150 sentner, 1
sentner məhsulun bazar qiyməti – 10 manat olarsa, sahədən gözlənilən
məhsulun ümumi dəyəri - sığorta məbləği 1 500 manat təşkil edir.
Bu sahənin baza zərfi üzrə sığortalanması ölkənin regionlarından asılı
olaraq 32-71 manat arasında dəyişir. Fermer bu məbləğin yalnız yarısını – 16-36 manatını ödəyir, qalan hissəni dövlət ödəyir.
Sığorta hadisəsi nəticəsində sahədəki məhsul tamamilə itirilərsə, sığorta
ödənişi 1 350 manat təşkil edir.
Qeyd edək ki, sözügedən tərəvəz-bostan bitkiləri ölkənin demək olar ki, bütün ərazilərində həm daxili tələbatı ödəmək, həm də ölkədən xaricə ixrac üçün becərilir. Aqrar sığortanın əhatə dairəsinə daxil edilməsi bu sahədə çalışan fermerlərin məhsulları, gəlirləri və ümumilikdə biznesinin qorunmasına imkan verəcək.
Aqrar sığortanın əhatə etdiyi meyvə məhsullarının sığorta şərtləri və
tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik
məhsulları» bölməsində ətraflı tanış olmaq mümkündür.
Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651
qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.
Azərbaycanda ilk dəfə tərəvəz-bostan bitkilərinin güzəştli sığortası başlayıb





17-01-2022, 14:28 173

Digər xəbərlər

Azərbaycanın Müstəqillik Günündə İzmir şəhərində anlamlı ziyarət

Milli Məclisin deputatı Səbinə Salmanova növbəti vətəndaş qəbulu keçirib - FOTO

Sumqayıtda 129 nəfər narkotik asılılığına qarşı əvəzedici müalicə proqramına cəlb olunub

Qərbi Azərbaycan gəncləri Sumqayıtda “Müstəqilliyə Gedən Yol” seminarında iştirak ediblər - Foto

Sumqayıtda yıxılaraq başı daşa dəyən kişi öldü

Sumqayıtda 10-cu mikrorayonda antisanitar vəziyyət — İy qoxudan pəncərə açmaq mümkün deyil

Sumqayıtlı Ömər Rəcəbli Peruda bürünc medal qazandı

Şəhid ailələri Naxçıvan şəhidlərini ziyarət edib - FOTO

Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

Rusiya AZAL-la bağlı həqiqətləri bu səbəbdən indi qəbul etdi

Sumqayıtda silah-sursat aşkarlanıb

Sarayda 4 avtomobil toqquşdu — Polisin faciəvi ölümü - FOTO

Zakir Fərəcovun növbəti səyyar görüşü 42-ci məhəllədə keçirilib

Sumqayıtda kəsilmiş ağacların əvəzinə yeniləri əkilib, identifikasiya etiketi vurulub - FOTO

Sumqayıtda 201 mənzil kirayə mexanizmi ilə satışa çıxarıldı

Əliyev və Putin görüşdü

Saray qəsəbəsində baş verən ağır qəza ilə bağlı rəsmi məlumat – 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Sumqayıtda avtobus sürücüsü narkotik qəbul edərək sərnişin daşıyırdı – VİDEO

Azərbaycan nefti bahalaşdı

Sabah Sumqayıt üzrə pensiyalar ödəniləcək

1 2 3 4 5 6 7 8 9 10 ... 972
Dünən, 20:00
Dünən, 19:01
Dünən, 09:07
Dünən, 08:36
17-10-2025, 11:56
13-10-2025, 18:30
13-10-2025, 11:05
10-10-2025, 15:18
10-10-2025, 12:45
10-10-2025, 10:21
10-10-2025, 10:16
10-10-2025, 08:35
10-10-2025, 00:40
9-10-2025, 19:53
9-10-2025, 19:35
9-10-2025, 18:55
9-10-2025, 18:44
9-10-2025, 16:10
9-10-2025, 11:17
9-10-2025, 11:09
9-10-2025, 11:01
9-10-2025, 10:20
8-10-2025, 12:58
8-10-2025, 12:54
8-10-2025, 12:39
8-10-2025, 11:20
7-10-2025, 23:40
7-10-2025, 22:29
7-10-2025, 22:06
7-10-2025, 14:09
7-10-2025, 14:05
7-10-2025, 13:48
7-10-2025, 13:47
7-10-2025, 11:27
7-10-2025, 11:00
7-10-2025, 09:59
6-10-2025, 17:09
6-10-2025, 14:48
6-10-2025, 13:15
6-10-2025, 10:48
1 2 3 4 5 6 7 8 9 10 ... 972