Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyevin verdiyi məlumata görə, üzərində odlu silah saxlamaqda şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum edilmiş Rafiq Kələntərov Beyləqan şəhəri ərazisində saxlanılıb. Onun üzərində axtarış aparılan zaman 1 ədəd “Revolver” tipli tapança aşkar edilərək götürülüb.
Faktla bağlı Beyləqan RPŞ-də araşdırmalar davam etdirilir.